Argentina Futbol Assosiasiyası (, ; AFA) Buenos-Ayresdə yerləşən Argentina futbolunun idarəedici orqanı. O, Argentina liqa sisteminin əsas divizionlarını (Primera Diviziyasından Torneo Regional Federal və Torneo Promosional Həvəskarlarına) və yerli kubokları təşkil edir: Copa Argentina, Supercopa Argentina, Copa de la Liga Professional, Trofeo de Campeones de la Liga Professional və Beynəlxalq Superkubok. Qurum həmçinin Böyüklər, U-20, U-17, U-15, Olimpiya və qadın komandaları da daxil olmaqla bütün Argentina milli komandalarını idarə edir. Bunda əlavə, qadın, uşaq, gənclər, futzal və digər yerli liqaları da təşkil edir.

İstinadlar

Kateqoriya:Argentinada futbol