Cızıxlar — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 15 km məsafə də yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonun tərkibində olmuşdur.

Toponim türk dilində «sərhəd», «hüdud», «mərz» mənasında işlənən cızıq sözündənРадлов В.В. Опыт словарья тюркских наречий, т.III, ч.2, СПб, 1905. s.2096 əmələ gəlmişdir. Relyeflə bağlı yaranan düzəltmə quruluşlu toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Tsoxamarq qoyulmuşdur.

Cızıxlar qalası - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqaç (Qukasyan) rayonundakı Cızıxlar kəndində qala. Qalanın tikilməsini I əsrə aid edirlərBayramov A. Qədim Oğuz ellərinin - Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları (toponimləri), Sumqayıt, 1996. s.187.

Əhalisi

Tanınmış şəxsləri

Arçrun Ovannisyan (d.1980) - Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi (2012-2020)

İstinadlar

Kateqoriya:Ağbaba kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri