Təknəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.Зубарев Д.Е. Карабахская провинция. Обозрение. ч. III. Спб., 1836. 1728-ci ildən mə’lumdurBasbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri..

Tarixi Rayon mərkəzindən 21 km məsafədə, Ellər dərəsində yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xərtiəsində qeyd edilmişdir.Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, издания Кавказскфго Военно–Топографическаго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типография К. П. Козловскаго, 1913, стр. 236

Toponimi Toponim dulusçuluqla, daşyonma ilə məşğul olan türk mənşəli təknəli etnonimindənBayramov A. Qədim Oğuz ellərinin — Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları (toponimləri), Sumqayıt, 1996. s.183 əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Kokohovit qoyulmuşdur. XIX əsrin 70-ci illərində kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1886-cı ildə kəndin əhalisi ermənilər idi. 1978-ci ildə kənd ermənicə Qağhovit adlandırılmışdır. 1590-cı ildə Təknəli hələ məzrə yerinin adı idiIravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633.. 1728-ci ilə aid mə’lumata görə Dərəçiçək kəndindən yaranmışdır. Ehtimal ki, Təknəli nəsil adıdır. XIX əsrdə Qars əyalətinin Qars dairəsində Təknəli və Yelizavetpol (Gəncə) qəzasında Təknəli kənd adları ilə mənşəcə eynidir.

İstinadlar

Kateqoriya:Ağbaba kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri