Mais Məmmədov () — televiziyaçı, jurnalist. Azərbaycanın Əməkdar jurnalisti.
Həyatı Mais Məmmədov 12 iyul 1938-ci ildə Bakıda doğulub.
SSRİ Mərkəzi televiziyasının Azərbaycan üzrə müxbiri kimi çalışıb. 2007-ci ildən 2016-cı ilədək ANS Şirkətlər Qrupu MMC-də ictimai əlaqələr üzrə baş müşavir oldu. Eyni zamanda ANS Müstəqil Yayım və Media Şirkətinin Fəxri Sədri vəzifəsində idi.
1998-ci ildən 2007-ci ilədək ANS Müstəqil Yayım və Media Şirkətində rəhbər vəzifələrində işləyib. 2016-cı ilədək ANS şirkətlər qrupunun prezidentinin müşaviri kimi çalışdı.http://xeber.az/mais-memmedovun-esasi-2
Azərbaycan Respublikasının "Əməkdar jurnalist" Fəxri adı ilə təltif edilmişdir.
16 iyul 2022-ci ildə vəfat etmişdir.
Filmoqrafiya Azərbaycana namus və sevgiylə (film, 2006) Payızın 17 anı (film, 2007) Qaydasız döyüş (film, 2009)
İstinadlar
Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Bakıda doğulanlar