Ağabalayev Kamran Məmmədkazım oğlu — Azərbaycan kinoaktyoru, dramaturq və teleaparıcı.
Həyatı Kamran Ağabalayev 3 mart 1980-ci ildə Bakıda anadan olub. 190 nömrəli orta məktəbi, daha sonra isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Bir müddət ixtisası üzrə təyinatla göndərildiyi Nizami Rayon Məhkəməsində çalışıb. Bir çox aktyor master-klasslarında iştirak edib, kinoda ilk rolu olan mayor Savelyev obrazını rejissor Samir Kərimoğlunun "Mən evə qayıdıram" filmində canlandırıb. Çəkildiyi filmlərin əksəriyyətində ikinci rejissor kimi fəaliyyət göstərib.
Kamran Ağabalayev eləcə də bir neçə teatr tamaşasının müəllifidir. Onun müəllifi olduğu "Şahzadə Xəzərin nağılı", "Heyvanlar-İstintaq davam edir", "Kod adı: Keçəl, Kosa, Bahar qızı" tamaşaları Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub.
Evlidir, 2 oğlu var.
Mükafatları "Tərkedilmiş" filmindəki Çirkin obrazına görə Türkiyədə Əskişəhər Beynəlxalq Film Festivalında "Ən yaxşı aktyor" nominasiyasında mükafata layiq görülüb.
2 avqust 2019-cu ildə "AzərNyuMedia" şirkəti tərəfindən "Audiovizual sahədə müasir düşüncəyə görə" mükafatı ilə təltif edilmişdir.
Filmoqrafiya Döngələr (teleserial, 2012) — Kolyan, Kolya Bakı, mən səni sevirəm (film, 2012) — Sifarişçi Mirzə Ələkbər Sabir (film, 2012) — Pinəçi Alla Prima (film, 2012) — Sifarişçi Sonuncu (film, 2013) — Filmin ikinci rejissoru Babu (film, 2013) (Belarus) — Oliqarx Kamil AliyevAzərbaycan – Belarus birgə istehsalı olan "Babu" adlı film çəkilib //525-ci qəzet.- 2014.- 8 yanvar.- S. 7. Qarabağnamə — Lisaneviç Qanun naminə (teleserial, 2013) — Abutalıb Mən evə qayıdıram (film, 2014) — Savelyev Soyuq torpaq (film, 2014) (Rusiya) Tərkedilmiş (film, 2014) (Türkiyə) — Çirkin Rəssam (film, 2015) (qısametrajlı bədii film) Yarımdünya (film, 2015) — Fəxri Əli və Nino (film, 2015) — rus kapitanı Qız qaçıran (film, 2016) — Kamuran (Türkiyə) Həddən artıq uyğunluq (film, 2016) — Əjdər Üçüncü günün adamı (film, 2017) — kapitan Ayla (Türkiyə-Cənubi Koreya) İstanbul küçələri (teleserial, 2016) (Türkiyə) — Kazım Qardaşım mənim 2 (Türkiyə) — Bico Kəklikotu (film, 2017) — Məşədi Bəlkə də... (film, 2025) — cəngavər
İstinadlar
Mənbə Кямран Агабалаев: Каждый человек должен бороться за свою любовь любыми способами
Xarici keçidlər Könül Nağıyeva və Kamran Ağabalayev Türkiyədə ilk dəfə bədii filmdə baş rollarda çəkiləcəklər Кямран Агабалаев: ""Çirkin" еще не потерян и скоро вернется на экраны" Кенуль Нагиева и Кямран Агабалаев: "Все пороки современного общества в фильме "Terkedilmiş" вы увидите без прикрас…" — ФОТО Кенуль Нагиева и Кямран Агабалаев снимутся в главных ролях в фильме производства Турции Актер Кямран Агабалаев: "Наши преступники тоже были благородными людьми" Драму Yarımdünya покажут в кинотеатрах В Стамбуле прошла премьера фильма "Tərkedilmiş" В Стамбуле прошла премьера фильма "Tərkedilmiş" — ФОТО В Азербайджане снимается сериал про воров в законе (ВИДЕО) Звезды на премьере фильма "YARIMDUNYA" (ФОТО) О премьере белорусско-азербайджанского фильма "Бабу" 26 февраля состоится презентация последнего фильма с участием Яшара Нури Aktyor Kamran Ağabalayev: "Bizdə hansı xalq artistini təhsil almağa göndərmək olar?"
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:Azərbaycanlı dramaturqlar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin məzunları Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları