Azərbaycan SSR əməkdar ali məktəb işçisi — 20 may 1980-ci ildə təsis edilən fəxri ad.
Məzmun "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı ali təhsil sahəsində ən azı 15 il işləmiş və təlim-tərbiyə işində, tələbə gənclərin kommunist tərbiyəsi və təlimi işində, xalq təsərrüfatı üçün yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında, elmin inkişafında mühüm xidmətləri olan, ictimai həyatda fəal iştirak edən ali məktəb professorlarına, dosentlərinə, assistentlərinə, müəllimlərinə, elmi əməkdaşlarına, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin inspektorlarına, metodistlərinə və digər yüksək ixtisaslı işçilərinə verilir."Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı müəyyən edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 20 may 1980-ci il tarixli Fərmanı — anl.az saytı
Laureatları Azərbaycan SSR əməkdar ali məktəb işçilərinin siyahısı
İstinadlar
Kateqoriya:Azərbaycan SSR fəxri adları Kateqoriya:1980-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:20 mayda yarananlar