Qaşdar Əliyev () — Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi (1992)Q. S. Əliyevə və D. Q. Tuayevə "Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi" fəxri adının verilməsi haqqında , SSRİ XTNS laueratı, akademik Həsən Əliyev mukafatcısı; Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti Mərkəzi Şurasının üzvü; Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Müharibə, Əmək, Hüquq-Mühafizə və Silahlı Qüvvələr Veteranları Şurasının məsul katibi, Jurnalistlər Birliyinin üzvü.

Həyatı 17 oktyabr 1941-ci ildə Naxcıvan MSSR-in Şahbuz rayonunun Kecili kəndində anadan olmuşdur.

1960-cı ildə Naxcıvan Kənd Təssərüfatı Texnikumunu, 1968-ci ildə AKTİ-un aqranomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1969–1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun əyani aspiranturasında təhsil almışdır.

Əmək failiyyəti Şahbuz rayonu ilə bağlıdır. 2 il kolxoz aqranomu, 9 il rayon kənd təsərrüfatı idarəsində baş aqranom, 5 il həmin idarənin rəisi, Aqrar sənaye birliyinin sədri, rayon icraiyyə komitəsinin sədr müavini, 12 il kənd təssərrüfatı işciləri həmkarlar ittifaqı rayon təşkilatının katibi və sədri işləmişdir. Dövri mətbuat və radio-televiziya üçün zəngin yaradıcılıq yolu keçmişdir.

21 mart 2016-cı ildə vəfat etmişdir.

İctimai fəaliyyəti Azərbaycan və Ümumittifaq Həmkarlar Təşkilatının Bakı və Moskva, ATMC V və VI, Azərbaycan Veteranlarının III qurultayların numayəndəsi olub.

Ailəsi Cənnət Əliyevin böyük qardaşıdır.

4 oğlu və nəvələri var.

Filmoqrafiya Böyük ömrün 7 anı (film, 2007) Təbiətin xilaskarı (film, 2007) (Naxcıvan tv səhər ovgatı) (Naxcıvan tv Ömür gatarı) (Aztv Ovgat Səyyarə Səyyaf) (Xəzər tv Könül dünyamız)

İstinadlar

Xarici keçidlər Qaşdar Əliyev. "Bir kəndin ağrılı hekayəti". Xalq qəzeti.- 2012.- 22 iyun.- S. 5.

Kateqoriya:Şahbuz rayonunda doğulanlar