Hadi Musa oğlu Rəcəbli (Rəcəbov) () — Azərbaycan Respublikasının Milli Məclisinin I–V çağırış deputatı (1995–2020), Əmək və Sosial Siyasət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor.
Həyatı Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Hadi Rəcəblinin babaları Lerikin Soru kəndindən Lənkəranın Veravul kəndinə 1730-ci illərdə köçmüşdülər. Sonradan Veravulda bu ərazi Rəcəb kişinin adına görə Rəcəb məhəllə olaraq adlandırılmışdır. "Lənkəran qəzasının kameral təsviri – 1849-cu il" kitabında Hadi Rəcəblinin ulu babaları 1849-cu il kənd qeydiyyatında belə qeyd olunmuşdur: 19.20 Şahverən Rəcəb oğlu 30 yaş; Qardaşları: Nəzər 20 yaş, Şahgəldi 15 yaş.
Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.
Ehtiyatda olan mayor olmuşdur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuşdur. On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
17 aprel 2024-cü ildə vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Təltifləri "Əmək igidliyinə görə" medalı (1976), "Əmək rəşadətinə görə" medalı (1977), "Şərəf" nişanı (1986), "Şöhrət" ordeni (2007), İkinci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2017) ilə təltif edilmişdir.
Ailəsi Evlidir, 4 övladı, 10 nəvəsi var. Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva ilə qudadır.
Mənbə Media forum. Hadı Rəcəbli "Şöhrət" ordeni ilə təltif olunub. H. M. Rəcəblinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin fərmanı. Yeni Milli Məclisdə Şəkini təmsil edəcək 4-cü deputat, telefonu və ürəyi açıq olan şəxs — Hadi Rəcəbli.
İstinadlar
Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Şəki Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Lənkəran Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət Komitəsinin sədrləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Azərbaycan Kommunist Partiyası şəhər komitələrinin birinci katibləri