Yeni ərazilər (Çin dilində: 新界; ingilis dilində:New Territories, kanton dilində: sanRobertson, C.L. (1997). International Politics Since World War II: A Short History. M. E. Sharpe Incorporated. p. 299. ISBN 9780765636362. Retrieved 2014–12-07 gaai"2011 Population Census Fact Sheet Hong Kong". Census2011.gov.hk. Retrieved 2012–07-31 — hazırda Honkonq və Koulun adalarını da əhatə edən və Honkonqun xüsusi inzibati rayonlarının üçdə bir hissəsini əhatə edən ərazilər. Yeni ərazilərin əhalisi 3 691 093 nəfərdir (2006). Əhalinin sıxlığı hər km²-ə 3,8 min nəfərdir . Sahəsi 952 km²-ə yaxındır.
İnzibati bölgü Yeni ərazilərə daxil olan dairələr: Kxuayçxin (Kvay-Tsinq) (Kwai Tsing, 葵青區) — əhalisi 524 min nəfər, ərazisi 23,34 km². Kvay-Tsinq 1985-ci ildə Çxyunvan dairəsinin tərkibindən ayrılması nəticəsində təşkil olunmuşdur. İlk vaxtlar dairə Kvay-Çunq və Tsinq-İ, 1988-ci ildən Kvay-Tsinq adlandırılmışdır. Çxyunvan (Tsin-Van) (Tsuen Wan, 荃灣區) — əhalisi 289 min nəfər, ərazisi 61,71 km². Tsin-Van dairəsi 1982-ci ildə təşkil olunmuşdur, lakin 1985-ci ildə ondan ayrılmış ərazilərdə yeni Kxuayçxin dairəsi təşkil olunmuşdur. Txyunmun (Tyun-Mun) (Tuen Mun, 屯門區) — əhalisi 502 min nəfər, ərazisi 82,89 km². 1970-ci ilə kimi dairə Tsin-Şan adlandırılmışdır. Yunlon (Yun-Lonq) (Yuen Long, 元朗區) — əhalisi 534 min nəfər, ərazisi 138,46 km². Şimal (North, 北區) — əhalisi 281 min nəhər, ərazisi 136,61 km². Taynou (Tay-Po) (Tai Po, 大埔區) — əhalisi 294 min nəfər, ərazisi 136,15 km². Satxin (Şa-Tin) (Sha Tin, 沙田區) — əhalisi 608 min nəfər, ərazisi 168,71 km².. Saykun (Say-Kunq) (Sai Kung, 西貢區) — əhalisi 407 min nəfər, ərazisi 129,65 km². Aylends (Islands, 離島區) — əhalisi 137 min nəfər, ərazisi 175,12 km².
Mənbə Hill, R. D., Kathy Ng, and Tse Pui Wan. "The Suburbanization of Rural Villages in the New Territories, Hong Kong." (Working Paper No. 38) ( ) University of Hong Kong Centre of Urban Studies & Urban Planning (CUSUP, 城市研究及城市規劃中心). April 1989.
Иванов П.М. Гонконг. История и современность. — Москва: Наука. Главная редакция восточной литературы, 1990.
Xarici keşid Lease of the New Territories Cap 1 Sched 5A — Area of the New Territories District Councils North District District Council
İstinadlar Kateqoriya:Honkonq Kateqoriya:Çinin inzibati bölgüsü Kateqoriya:1898-ci ildə yaranmış dövlətlər və ərazilər