Adelina Dmitriyevna Sotnikova (; ) — Rusiya fiqurçusu. Adelina Sotnikova, 2014-cü ildə Rusiyanın ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında qızıl medala sahib olub. O, həm də 2013-cü ildə Zaqrebdə və 2014-cü ildə Budapeştdə baş tutan Avropa Çempionatlarının və 2012-ci ildə baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarının gümüş medallarına sahib olub, 2011-ci ildə gənclər arasında Dünya Çempionatının, 2010-cu ildə gənclər arasında ISU Qran-Pri Finalının və dörd dəfə (2008, 2010, 2011 və 2013-cü illərdə) Rusiya Çempionatının qalibi olub.
Karyerası ərzində 36 yarışa qatılan Adelina Sotnikova, onların 11-də qızıl medal, 7-də gümüş medal, 8-də isə bürünc medal qazanıb.
Həyatı thumb|200x200px|alt=|Yelena Buyanova|left Adelina Sotnikova 1996-cı il iyulun 1-də Moskva şəhərində anadan olub. Adelina Sotnikovanın ulu babası Aleksandr Koçetov, Sovet İttifaqı Qəhrəmanıdır. Adelina Sotnikova, dörd yaşından idmanla məşğul olmağa başladı. 2004-cü ildən OMİK-də Yelena Buyanovanın rəhbərliyi altında məşq etməyə başlayan Adelina Sotnikova, 2008-ci ildə yarışlarda debüt etməyə başladı.
Karyerası
2007–2008-ci illər mövsümü: Gənclərin Rusiya Çempionatında debüt Adelina Sotnikova, 2008-ci ilin 30 yanvar-2 fevral tarixlərində Rostov-na-Donu şəhərində baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. O, ümumi nəticədə 116.62 balla 10-cu pillənin sahibi oldu.
2008–2009-cu illər mövsümü: Rusiya Çempionatlarında qalibiyyətlər Adelina Sotnikova, 2008–2009-cu illər mövsümündə Rusiya Çempionatında və gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. Kazan şəhərinin ev sahibliyində baş tutan Rusiya Çempionatında o, 160.55 balla birinci pillənin sahibi oldu və çempionatının qalibi oldu. 12 yaşında Rusiya Çempionatının qızıl medalına sahib olan Adelina Sotnikova, bu idman növü üzrə Rusiya Çempionatının qalibi olan ən gənc idmançı oldu.
Daha sonra o, 28–30 yanvarda baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. Adelina Sotnikova, 170.28 balla birinci pillənin sahibi oldu və gənclər arasında da Rusiya Çempionatının qızıl medalına sahib oldu.
2009–2010-cu illər mövsümü: Rusiya Çempionatlarında uğursuz nəticələr 2009–2010-cu illər mövsümündə də Adelina Sotnikova, Rusiya Çempionatlarında mübarizə apardı. O, St. Peterburq şəhərinin ev sahibliyində baş tutan Rusiya Çempionatının qısa proqramında 62.78 balla üçüncü pillənin, sərbəst proqramında isə 112.92 balla dördüncü pillənin sahibi oldu. Ümumi nəticədə isə Adelina Sotnikova, 175.70 balla 14 idmançı sırasında Rusiya Çempionatını dördüncü pillədə başa vurdu.
2–6 fevralda isə gənclər arasında Rusiya Çempionatı baş tutdu. Ötən il çempionatın qalibi olan Adelina Sotnikova, bu səfər qısa proqramda 58.28 balla dördüncü pillənin, sərbəst proqramda isə 94.50 balla altıncı pillənini sahibi oldu. Ümumi nəticədə isə o, 152.78 balla gənclər arasında Rusiya Çempionatını 6-cı pillədə başa vurdu.
2010–2011-ci illər mövsümü: Gənclərin Qran-Pri Finalı və Dünya çempionluğu thumb|278x278px|alt=|Adelina Sotnikova, 2010-cu il gənclərin Qran-Pri Finalında Adelina Sotnikova, beynəlxalq səviyyədə birinci yarışına 15–20 sentyabrda Avstriyanın Qrats şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri yarışının Avstriya mərhələsi çərçivəsində qatıldı. O, qısa proqramda 62.32 balla birinci pillənin sahibi oldu. Sərbəst proqramda da Adelina Sotnikova, uğurlu mübarizə apardı və 118.65 balla birinci pillənin sahibi oldu. Bununla da Adelina Sotnikova, ümumi nəticədə 180.98 balla gənclər arasında ISU Qran-Pri yarışının Avstriya mərhələsinin qızıl medalına sahib oldu. Bu qızıl medal onun, beynəlxalq səviyyədə baş tutan yarışlarda qazandığı birinci medal oldu.
Daha sonra o, İngiltərənin Şeffild şəhərində baş tutan gənclər arasında ISU Qran-Pri yarışının İngiltərə mərhələsində mübarizə apardı. Adelina Sotnikova, qısa proqramda 60.40 balla, sərbəst proqramda isə 108.32 balla birinci pillənin sahibi oldu. Ümumi nəticədə 168.72 balla birinci pillənin sahibi olan Adelina Sotnikova, gənclər arasında ISU Qran-Pri yarışının İngiltərə mərhələsinin qalibi oldu.
Bir ay ərzində həm Avstriyada, həm də İngiltərədə baş tutan ISU Qran-Pri yarışlarının qızıl medalına sahib olan Adelina Sotnikova, gənclər arasında ISU Qran-Pri Finalına vəsiqə qazandı. Çinin ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri Finalında 8 idmançı – Rusiya nümayəndələri Adelina Sotnikova, Yelizaveta Tuxtamışeva və Polina Şelepen, ABŞ nümayəndələri Kristina Qao, Yasmin Sirac və Kristiana Qonq, Yaponiya nümayəndəsi Risa Şoji və Çin nümayəndəsi Li Zijun mübarizə apardı. Qısa proqramda Adelina Sotnikova, 58.28 balla birinci pillənin sahibi oldu. Sərbəst proqramda da o, uğurlu mübarizə apardı və 112.54 balla birinci pillənin sahibi oldu. Bununla da Adelina Sotnikova, 170.82 balla gənclər arasında ISU Qran-Pri Finalının qızıl medalına sahib oldu.
Adelina Sotnikova, 2010-cu ildə sonuncu yarışına Rusiya Çempionatı çərçivəsində qatıldı. 2 il əvvəl Rusiya Çempionatının qalibi olan Adelina Sotnikova, bu səfər də qızıl medalın sahibi oldu. O, qısa proqramda 64.80 balla, sərbəst proqramda isə 133.65 balla birinci pillənin sahibi oldu və ümumi nəticədə 198.45 balla 16 idmançı sırasında növbəti dəfə Rusiya Çempionatının qızıl medalını qazandı.
2010–2011-ci illər mövsümünün əsas yarışı – 28 fevral-6 mart tarixlərində Cənubi Koreyanın Kannın şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı idi. Çempionatın əsas favoritləri Rusiya nümayəndələri Adelina Sotnikova və Yelizaveta Tuxtamışeva, habelə Yaponiya nümayəndəsi Risa Şoji hesab olunurdu. Qısa proqramda Adelina Sotnikova, uğurlu mübarizə apardı və 60.52 balla birinci pillənin sahibi oldu. O, uğurlu mübarizəsinin davamını sərbəst proqramda da davam etdirdi və 115.46 balla birinci pillənin sahibi oldu. Bununla da Adelina Sotnikova, ümumi nəticədə 175.98 balla gənclər arasında Dünya Çempionatının qızıl medalını qazandı.
2010–2011-ci illər mövsümü ərzində beş yarışda mübarizə aparan Adelina Sotnikova, onların hamısında qızıl medalın sahibi oldu.
2011–2012-ci illər mövsümü: Yeniyetmələrin Olimpiya Oyunlarında gümüş medal thumb|278x278px|alt=|Adelina Sotnikova, 2011-ci il Çin Qran-Prisində|left Adelina Sotnikova, 2011–2012-ci illər mövsümündə ISU Qran-Pri yarışının Çin və Rusiya mərhələlərində mübarizə apardı. 2–6 noyabrda baş tutan ISU Qran-Pri yarışının Çin mərhələsi olan "Cup of China" yarışında Adelina Sotnikova, qısa proqramda 54.74 balla, sərbəst proqramda isə 106.22 balla üçüncü pillənin sahibi oldu. Ümumi nəticədə isə o, 160.96 balla ISU Qran-Pri yarışının Çin mərhələsinin bürünc medalına sahib oldu.
Daha sonra Adelina Sotnikova, 25–28 noyabr isə ISU Qran-Pri yarışının Rusiya mərhələsi olan "Rostelecom Cup" yarışında mübarizə apardı. Qısa proqramda 58.80 balla, sərbəst proqramda isə 111.96 balla üçüncü pillənini sahibi olan Adelina Sotnikova, ümumi nəticədə 170.76 balla ISU Qran-Pri yarışının Rusiya mərhələsinin bürünc medalını qazandı.
Noyabr ayı ərzində həm Çin Qran-Prisində, həm də Rusiya Qran-Prisində bürünc medalın sahibi olan Adelina Sotnikova, ISU Qran-Finalına vəsiqə qazana bilmədi. Daha sonra o, Xorvatiyanın Zaqreb şəhərinin ev sahibliyində baş tutan "Golden Spin of Zagreb" yarışında mübarizə apardı. Qısa proqramda 52.84 bal, sərbəst proqramda isə 111.64 bal toplayan Adelina Sotnikova, ümumi nəticədə 164.48 balla 25 idmançı sırasında birinci pillənin sahibi oldu və "Golden Spin of Zagreb" yarışının qızıl medalını qazandı.
Adelina Sotnikova, 2011-ci ildə sonuncu yarışına Rusiya Çempionatı çərçivəsində qatıldı. Ötən il baş tutan çempionatın qalibi olan Adelina Sotnikova, bu səfər də qızıl medalın sahibi oldu. O, qısa proqramda 68.66 balla, sərbəst proqramda isə 126.06 balla birinci pillənin sahibi oldu. Bu minvalla da Adelina Sotnikova, ümumi nəticədə 194.72 balla üçüncü dəfə Rusiya Çempionatının qalibi oldu. Gümüş medalı Yuliya Lipnitskaya, bürünc medalı isə Alyona Leonova qazandı.
2012-ci ilin 12–22 yanvarında Avstriyanın ev sahibliyində Yeniyetmələrin I Qış Olimpiya Oyunları baş tutdu. Həmin Olimpiada da mübarizə aparan Adelina Sotnikova, Rusiya nümayəndəsi Yelizaveta Tuxtamışeva və Yaponiya nümayəndəsi Risa Şoji ilə birgə əsas favoritlərdən biri hesab olunurdu. Qısa proqramda o, 60.44 balla 2-ci pillənin sahibi oldu. Birinci pillənini sahibi isə Yelizaveta Tuxtamışeva (62.84 balla). Sərbəst proqramda isə Adelina Sotnikova, 99.64 balla üçüncü pillənini sahibi oldu. Ümumi nəticədə isə o, 160.08 balla Yeniyetmələrin I Qış Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Qızıl medalı Yelizaveta Tuxtamışeva, bürünc medalı isə Çin nümayəndəsi Li Zijun qazandı.
Daha sonra Adelina Sotnikova, 27 fevral-4 mart tarixlərində Belarusda baş tutan gənclər arasında Dünya Çempionatında mübarizə apardı. Ötən il baş tutan çempionatın qalibi olan Adelina Sotnikova, bu səfər qısa proqramda 56.58 bal, sərbəst proqramda isə 111.88 bal topladı və ümumi nəticədə 168.46 balla üçüncü pillənin sahibi oldu. Bu minvalla da Adelina Sotnikova, gənclər arasında Dünya Çempionatının bürünc medalını qazandı. Qızıl medala digər Rusiya nümayəndəsi Yuliya Lipnitskaya, gümüş medala isə ABŞ nümayəndəsi Qresi Qold sahib oldu.
Adelina Sotnikova, 2011–2012-ci illər mövsümündə sonuncu yarışına 18–22 apreldə Yaponiyada baş tutan Komandalararası Dünya Çempionatı çərçivəsində qatıldı. O, qısa proqramda 56.12 bal, sərbəst proqramda isə 114.58 bal topladı və ümumi nəticədə 170.70 balla 12 idmançı sırasında dördüncü pillənin sahibi oldu. Rusiya yığması isə ümumi nəticədə 38 balla altı yığma sırasında 6-cı pillənin sahibi oldu.
2011–2012-ci illər mövsümü ərzində yeddi yarışda mübarizə aparan Adelina Sotnikova, onların 2-də qızıl medalın, 1-də gümüş medalın, 3-də isə bürünc medalın sahibi oldu.
2012–2013-cü illər mövsümü: Avropa Çempionatında gümüş medal thumb|278x278px|alt=|Adelina Sotnikova, 2013-cü il Dünya Çempionatında Adelina Sotnikova, 2012–2013-cü illər mövsümündə birinci yarışına Almaniyanın Oberstdorf şəhərinin ev sahibliyində baş tutan "Nebelorn Trophy" yarışı çərçivəsində qatıldı. O, qısa proqramda 58.48 balla birinci pillənini sahibi oldu. Amma o, uğurlu mübarizənin davamını sərbəst proqramda davam etdirə bilmədi. Sərbəst proqramda Adelina Sotnikova, 111.76 balla 2-ci pillənin sahibi oldu. Bu minvalla da Adelina Sotnikova, ümumi nəticədə 170.24 balla 2-ci pillənin sahibi oldu və "Nebelorn Trophy" yarışının gümüş medalını qazandı. Qızıl medala isə Kanada nümayəndəsi Ketlin Osmond sahib oldu.
Adelina Sotnikova, 2012–2013-cü illər mövsümündə ISU Qran-Pri yarışının ABŞ və Rusiya mərhələlərində mübarizə apardı. Vaşinqton ştatının Kent şəhərində baş tutan ABŞ Qran-Prisinin qısa proqramda o, 58.94 balla 2-ci pillənin sahibi oldu. Sərbəst proqramda isə Adelina Sotnikova, 110.04 balla üçüncü pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 168.98 balla 10 idmançı sırasında üçüncü pillənin sahibi oldu və ABŞ Qran-Prisinin bürünc medalını qazandı.
Daha sonra o, 8–11 noyabrda Rusiyanın ev sahibliyində baş tutan "Rostelecom Cup" yarışında mübarizə apardı. Qısa proqramda 58.11 bal, sərbəst proqramda isə 100.87 bal toplayan Adelina Sotnikova, ümumi nəticədə 158.98 balla 10 idmançı sırasında beşinci pillənin sahibi oldu.
Mövsüm ərzində ISU Qran-Pri yarışının ABŞ və Rusiya mərhələlərində uğursuz mübarizə aparan Adelina Sotnikova, ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi. O, 2012-ci ildə sonuncu yarışına Soçi şəhərinin ev sahibliyində baş tutan Rusiya Çempionatı çərçivəsində qatıldı. Qısa proqramda 66.99 balla 2-ci pillənin, sərbəst proqramda isə 124.76 balla 3-cü pillənin sahibi olan Adelina Sotnikova, ümumi nəticədə 191.75 balla Rusiya Çempionatının bürünc medalını qazandı. Qızıl medala Yelizaveta Tuxtamışeva, gümüş medala isə Yelena Radionova sahib oldu.