Asuka tarix muzeyi — Yaponiyada Okuyama, Asuka, Nara prefekturasında yerləşir. Muzeyin əsası 1975-ci ildə qoyulub və Nara Milli Mədəni Mülkiyyəti Araşdırma İnstitutunun tərkib hissəsidir.

Kolleksiya Muzeydə əsasən VI-VIII əsrlərə, xüsusilə Yaponiya tarixinin Asuka dövrünə (538–710) aid materiallar mühafizə və nümayiş olunur. Kolleksiyaya Kofun (250–538) və Nara (710–794) dövrlərinə aid materiallar da daxildir.

İstinadlar

Kateqoriya:Yaponiyadakı tarix muzeyləri Kateqoriya:Nara prefekturası tikililəri