Arif Allahverdiyev () — Şabran Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992-ci illər).

Həyatı Allahverdiyev Arif Talıb oğlu 1947-ci ildə Dəvəçi (indiki Şabran) rayonunun Mollakamallı kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə Dəvəçi rayon "Sovxozlararası" Tikinti Sahəsində usta kimi başlamış, sonralar komsomol, sovet, partiya orqanlarında rəhbər vəzifələrdə işləmişdir.

1974-cü ildən Dəvəçi Rayon Komsomol Komitəsinin birinci katibi, 1977-ci ildən Dəvəçi Rayon Partiya Komitəsində Təşkilat şöbəsinin müdiri və rayon Xalq Nəzarəti Komitəsi sədrinin müavini, 1978-ci ildən Dəvəçi Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1980-cı ildən Dəvəçi Rayon XDS İcraiyyə Komitəsinin sədri, 1988–1991-ci illərdə Dəvəçi Rayon Partiya Komitəsinin birinci katibi, 1991–1992-ci illərdə Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Sonralar Azərbaycan Respublikası Milli Məclisində, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində məsul vəzifələrdə işləyib.

Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş, "Əmək igidliyinə görə" medalı ilə təltif edilmişdir. Ailəlidir, üç övladı var."Bir Ömrün Hekayəsi" adlı kitabı çap olunmuşdur.

4 aprel 2019-cu ildə vəfat edibKeçmiş icra başçısı vəfat etdi (FOTO) . ann.az, 04.04.2019 .

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şabran rayonunda doğulanlar Kateqoriya:Azərbaycan Kommunist Partiyası Dəvəçi Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Şabran Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Dəvəçi Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri