Hüseyn Vahidi () — yazıçı, jurnalist, tərcüməçi. O, əsərlərini Azərbaycan dildə yazır.

Həyatı Hüseyn Vahidi 30 oktyabr 1981-ci ildə İranın Urmiya şəhərində dünyaya gəlib. Urmiya şəhərində boya-başa çataraq təhsilatını bitirib. Ana dilinə olan marağına görə özü kitablar yardımı ilə Azərbaycan türkcəsini öyrənib. Hekayələri, məqalələri və şəkilləri, İran Azərbaycanını müxtəlif qəzet, dərgi və başqa informasiya vasitələrində çap olunub. Onlardan "Aftabi-Azərbaycan", "Şahmat", "Ağrı", "Nəvidi-Azərbaycan", "Həmşəhri", "Bayram", "Gülşəni-raz" kimi əsərləri çap olunub. Hal-hazırda Hüseyn Vahidi Urmiyada "Mahnı" adlı dərginin və "Açıq yol" iki hətəlik məcmuənin redaktorudur.

Əsərləri Sevgi yolçuları (), Urmiya, Yaz nəşriyyatı, 2013. Yabançı, Alber Kamünün əsərinin tərcüməsi - Urmiya 2015, Buta nəşriyyatıآلبر کامونون «یابانچی» رومانی، حسین واحدی‌نین ترجمه‌سیله کیتاب بازاریندا Bəyaz gecələr, Fyodor Dostoyevskinin əsərinin tərcüməsi, Urmiya 2017, Buta nəşriyyatı Bizim hekayələr (), Təbriz, Əxtər nəşriyyatı, 2023. Çöküş, Alber Kamünün əsərinin tərcüməsi, Urmiya 2024,Toğrul nəşriyyatı

İstinadlar Kateqoriya:İran azərbaycanlısı yazıçılar Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:İran yazıçıları

Xarici keçidlər Hüseyn Vahidinin "Divarlar mələrkən" hekayəsi