Molla Bayazid — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 5 km cənub-qərbdə, Alagöz dağının cənub ətəyində yerləşir.
Toponimi 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Xanzirək nahiyəsində kənd adı kimi çəkilir. Ehtimal ki, kəndin əsasını qoymuş ruhani şəxsin-Molla Bayazidin adındandır. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə adı dəyişdirilib Bambakaşat qoyulmuşdur.
Əhalisi Kəndə ermənilər 1842-ci ildə Bitlis, Sürməli vilayətlərindən köçürülmüş, azərbaycanlılar isə kənddən sıxışdırılıb çıxarılmışdır. 1918–1919-cu illərdə əhalisi tamamilə qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Sərdarabad kəndləri Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri