Gecə qonağı filmi rejissor Kənan MM tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Azəri Prodakşn tərəfindən istehsal edilmişdir. Əsas rolları Fərda Xudaverdiyev, Pərvin Abıyeva, Kənan MM, Tural Əhməd, Kəmalə Piriyeva ifa edirlər.

Məzmun Tək yaşayan Camal rəssamlıqla məşğuldur, lakin heç kim onun əsərlərini bəyənmədiyinə görə onda böyük depressiya yaranır. Onun Lalə adında özünübəyənən bir nişanlısı var. Bir gün dostu Ədalət gecə yarısı bir bar qızı Zara ilə sərxoş vəziyyətdə Camalın evinə gəlir. Ədalət Camaldan xahiş edir ki, qız bir gecə onun evində qalsın. Lakin səhər açılanda Ədalət qızın dalınca gəlmir. Yuxudan oyananda Zara elə bilir ki, onu evə Camal gətirib. Beləliklə, fərqli dünyaların adamları olan insanlar arasında ülvi hisslər yaranır. Filmin sonluğu tamaşaçı üçün gözlənilməz olacaq.

Film haqqında Film İlqar Paşayevin əsərinin motivləri əsasında çəkilmişdir.

Filmin heyəti Rejissor: Kənan Mahmudov Ssenarist: Kənan Mahmudov, İlqar Paşayev Operator: Rəşad Qarayev, Emil və Yaqub Azəri Rəssam: Kamran İbrahimxəlilov Bəstəkar: Nailə Mirməmmədli Montaj: Tofiq Teymuroğlu

Rollarda Fərda Xudaverdiyev — Camal Pərvin Abıyeva — Zərifə Kənan MM — Ədalət Tural Əhməd — Məmməd Kəmalə Piriyeva — Lalə

Epizodlarda Rahib İsrafilovNatiq ƏliyevTünzalə MirzəyevaFaruk ÖzmənTural MəmmədovElməddin RəhimovHəsən RəhimovFariz İsmayılovFatma ŞahinRuslan ZeynalovKəmalə QazıyevaMənsurə ƏliyevaFirəngiz HacımuradovaSəbinə ƏzimzadəNamiq MustafayevElvin BabayevSənan EllizÜlfət Bəşir

Texniki heyət Namiq Mustafayev Elçin Babayev Azər Salmanov Emil Şahbazov Seymur Məmmədov Samir Orucov Tomas Abışov

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2015-ci ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı

Xarici keçidlər

Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:2015-ci ilin Azərbaycan filmləri