Aqil Nəzərli (tam adı: Aqil Ağaxan oğlu Nəzərli; ) — Laçın rayonu İcra Hakimiyyətinin başçısı (16 iyun 2016–indi).

Həyatı Aqil Nəzərli 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir.

1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmış, 2008-ci ildən Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləmişdir.16 iyun 2016-cı ildə isə Laçın rayonu İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.

2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədri, Ehtiyatda olan zabitdir.

Ailəsi Ailəlidir, iki övladı var.

İstinadlar

Kateqoriya:Laçın Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Laçın Rayon İcra Hakimiyyətinin başçılarının müavinləri Kateqoriya:Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları Kateqoriya:Laçın rayonunda doğulanlar