Orta əsr Parisi — Qərbi Avropanın ən böyük şəhərlərindən biri idi. Onun tarixi Merovinqlər (V–VIII əsrlər), Karolinqlər (VIII–X əsrlər), Kapetinqlər (X–XIV əsrlər) və Valua kimi dörd kral sülaləsinin hakimiyyət dövrlərini əhatə edir. Hələ qədim zamanlardan bəri şəhər üç şərti hissəyə bölünmüşdü (Site adası, şimal sağ sahili və cənub sol sahili). Bu ərazilərin hər biri öz fərdi inkişaf xüsusiyyətlərinə malik idi. Orta əsr Parisinə şimal tərəfdən Monmartr təpəsi, cənubdan isə daha yastı Sent-Jenevyev (məhz bu ərazidə sonralar məşhur Latın məhəlləsi formalaşmışdır) və Monparnas təpələri birləşirdi. Orta əsr şəhərinin təxmini sərhədləri günümüzdə Parisin ilk 6 dairəsinin (I–VI) və eləcə də VII dairənin bir hissəsinin tutduğu geniş əraziyə uyğun gəlir.
Qalliya-Roma Lütesiyasının əsasında salınmış qədim Paris şəhəri Merovinqlər dövründə aktiv şəkildə inkişaf etsə də, Karolinqlərin hakimiyyət illərində öz paytaxt statusunu, eləcə də keçmiş siyasi çəkisini və ticarət canlılığını itirmişdir. Buna baxmayaraq, o, Kapetinqlər dövründə tez bir şəkildə ötürülmüş vaxtın yerini doldurmağı bacarmışdır: həmin zamanlar Avropanın ən nüfuzlu ilahiyyat mərkəzlərindən birisi olmuş Parisdə Qərbi Avropanın ən məşhur və etibarlı universitet binasının əsası qoyulmuşdur. Orta əsr Parisinin abadlıq işləri əsasən XIII əsrdə tamamlanmışdır, genişlənməsi isə XIV əsrin birinci yarısına kimi davam etmişdir. XV əsrin birinci yarısı paytaxt-şəhər üçün əsasən tənəzzül dövrü olmuşdur (Yüzillik müharibənin illəri ərzində şəhər öz əhalisinin təxminən yarısını itirmiş və əhəmiyyətli dərəcədə dağıdılmışdır), ancaq Orta əsrlərin sonuna kimi Paris tamamilə bərpa edilmiş və yenidən genişlənməyə başlamışdı.
Tarixi
Qalliya-Roma Parisinin mirası thumb|right|250px|Parisin Truşet və Hoyau tərəfindən tərtib edilmiş planı, miqyas 1:4,500 (94 x 120 sm). Zeefeld (Sürix) orijinal xəritənin 1980-ci il faksimilesini nəşr etmişdir və həmçinin bu, "plan de Bâle" (Bazel planı) adı ilə də tanınır. Butye tarix kimi 1553-cü ili göstərmiş və miqyasının 1:7,000 olduğunu bildirmişdir. II əsrdə Lütesiya adlanan qəsəbə iki hissədən ibarət idi. Senanın sahili Yuxarı Lütesiya adlanırdı və burada əsasən romalılar yaşayırdı. Site adasında yerləşən Aşağı Lütesiyada isə balıqçılıq və ticarətlə məşğul olan qall tayfası, yəni parizilər yaşayırdılar. I əsrdə romalıların istehkam kompleksi inşa olunduqdan sonra isə, Aşağı Lütesiyanı tədricən "Civitas Parisiorum", yəni latıncadan tərcümədə "Parizilərin şəhəri" adlandırmağa başladılar. Site adasından əhəmiyyətli hərbi yollar keçdiyindən, Senanın sahillərinə doğru taxta körpülər salınmışdır. Bu, tədricən qəsəbənin çayın sol, yəni daha hündür sahilinə doğru genişlənməsinə imkan yaratdı. Pariziorum III əsrdə artıq tipik Roma şəhərindən birisinə çevrildi və burada həmin dövrün memarlığını əks edən müxtəlif tikililər — saraylar, tanınmış şəhər sakinlərinin zəngin evləri (yerli patrisilərin özəyini qayıqçılar gildiyasının üzvləri təşkil edirdi), məbədlər, termlər, akveduk və teatrlar inşa edilmişdir (o zamanlar qallar Site adasında, romalılar isə çayın sol sahildə məskunlaşmağı üstün tuturdular). Təxminən 275-ci ildə (başqa məlumatlara görə — 280-ci ildə) antik şəhər, xüsusilə də onun sol sahil hissəsi, alemanlar adlandırılan german tayfası tərəfindən dağıdılmışdır. IV əsrdə isə şəhərdə ümumi istifadədə Paris () adı möhkəmlənmişdir.
Erkən Orta əsrlərin başlanğıcında Qalliya-Roma şəhərinin izləri onda hələ də aydın şəkildə gözə çarpırdı. Sitenin qərb hissəsində Roma sərdarının sarayı, şərq hissəsində isə Yupiter məbədi yerləşirdi. Adanın perimetri boyunca qülləli körpülər, qala darvazaları və istehkamlar ucalırdı (IV əsrin ortalarında bu divarların tikintisi üçün german tayfaları tərəfindən dağıdılmış roma şəhərinin daşlarından istifadə olunurdu). Sol sahildə, yəni Sent-Jenevyev təpəsində (müasir V dairənin ətrafı və Sen-Mişel bulvarı boyunca uzanan məhəllələr) və onun ətrafında məbədlərin, kiçik və böyük termlərin, eləcə də akveduk, saray, dükan, amfiteatr və Roma tərzində bir zamanlar inşa olunmuş forumun qalıqları görünürdü, Monmartr təpəsinin zirvəsini isə Merkuri məbədi bəzəyirdi (1133-cü ildə VI Lüdovik Monmartrda benedikt abbatlığının əsasını qoymuş, XV əsrin sonunda isə Roma termlərinin qalıqları Klüni abbatlığının tərkibinə daxil edilmişdir). Bununla belə, şəhərin sonrakı planlaşdırmasının formalaşması üçün antik Lütesiyanın çox böyük əhəmiyyəti var idi.IV cap. 55, ed. Krusch: MG. SS. rer. Mer. II 148.Bibliotheca hagiographica latina antiquae et mediae aetatis 2175.
Site adasını ikiyə bölən köhnə Roma yolunun istiqaməti təkcə Sena çayının ətrafında olan ərazini deyil, həmçinin şimal-cənub oxu boyunca uzanan məhəllələrin inkişafını əvvəlcədən müəyyən edirdi (hazırda o sol sahildə yerləşən Sen-Jak, adanı köndələn şəkildə keçən De la Site və sağ sahildə yerləşən Sen-Marten küçələrinin tutduğu sahəyə uyğun gəlir; Sen-Mişel və Sevastopol bulvarlarının formalaşdırdığı uzun xətt isə həmin yolu paralel olaraq kəsir.)
Merovinqlər dövrü left|260px|thumb|Sent-Etyenn kilsəsi (solda) və keçmiş Müqəddəs Jenevyeva abbatlığının yerində ucaldılmış IV Henrix liseyi və qotik üslublu Klovi qülləsi (sağda) Paris şəhərində uzun müddət hökm sürən sakitlik və əminəmanlıq, 451-ci ildə qəflətən Qalliya ərazisinə soxulmuş Atilla qoşunları tərəfindən pozulmuşdur, ancaq tezliklə hunlar mübariz roma və onlarla ittifaqda olmuş Vestqot orduları tərəfindən məğlub olmuşdular. Merovinqlər sülaləsindən olan I Xilderikin qoşunları 470-ci ildə Parisin qərb ətraflarını qarət edərək, şəhərin uzun müddətli mühasirəsinə başladılar (476-cı ildə onlar tərəfindən Senanın sağ sahilində Lövör adlı gözətçi qülləsi inşa edilmiş və məhz bu adın əsasında daha sonralar Luvr sözü yaranmışdır). 486-cı ildə Merovinqlər sülaləsinin ilk kralı olmuş I Xlodviq başqa frank başçıları ilə ittifaqa girərək, Qalliyanın Luara çayına qədər olan şimal ərazilərini və həmçinin beşillik mühasirədən sonra Paris şəhərini işğal etməyə müvəffəq olmuşdur; 508-ci ildə isə, Xlodviq Paris şəhərini özünün şəxsi iqamətgahı olduğunu elan etmişdir (başqa məlumatlara görə, Müqəddəs Jenevyeva ilə imzaladığı razılıq sayəsində kral şəhəri sülh yolu ilə ələ keçirməyi bacarmışdır). Xristianlığın qəbulundan sonra (496-cı ildə) Xlodviq Sent-Jenevyev təpəsində Müqəddəs Pyotr və Pavel kilsəsinin əsasını qoyur və 511-ci ildə ölümündən sonra həmin ərazidə, daha doğrusu Parisin himayəçisi Müqəddəs Jenevyevanın yanında basdırılır; ətrafda salınmış abbatlıq bu müqəddəsin şərəfinə adlanmağa başlayır (hal-hazırda onun yerində əhali arasında "Xlodviq qalası" kimi tanınan Klovi qülləsi və IV Henrix liseyi yerləşir). Həmçinin VI əsrin başlanğıcında şəhərin tam mərkəzində Müqəddəs Marselin şərəfinə, Kiçik körpünün () yanında isə Kasıb Müqəddəs Yulianın xatirəsinə iki kilsə inşa olunmuşdur. 543-cü ildə I Xildebert İspaniyadan səfəri zamanı əldə etdiyi kral qalıqlarını mühafizə etmək üçün Sent-Krua-Sen-Vensan bazilikasının əsasını qoyur; tezliklə onun adı Sen-Jermen-de-Pre abbatlığı (fr) olaraq dəyişdirildi.Andrée Jacob et Jean-Marc Léri, Paris, Vie et histoire du 6e arrondissement, 1986, Éditions Hervas, page – 7. Şəhərin ən nüfuzlu monastırlarından biri olan bu qurum müasir VI və VII dairələrin ərazisini əhatə edir, böyük üzümlük sahələrinə, sənətkar emalatxanalarına və böyük yarmarkaya malik idi. Bundan başqa, o dövrlərdə Site adasında Sen-Kristof və Sen-Marsial qadın monastırlarının, Senanın əks sahillərində isə Sen-Loran və Sen-Vensan kişi monastırlarının əsası qoyulmuşdur. VI əsrin ikinci yarısında Parisdə altı kilsə məclisi baş tutmuşdur; bu, Merovinqlər sülaləsinə məxsus olan mülk ərazilərində şəhərin artmış dini rolunu vurğulayırdı. 585-ci ildə baş Site adasında tikintilərin bir hissəsini məhv etmiş böyük yanğından güclü zərər çəkmiş Paris, bununla belə Senanın hər iki sahilində fəal inkişaf etməyə başladı.
Lakin Site şəhər mərkəzi qalmaqda davam edirdi. İstehkamların daxilində kralın və baş keşişin sarayları, şəhər məktəbi və I Xildebertin fərmanı üzrə tikilmiş beşnefli Sent-Etyenn kilsəsi yerləşirdi (müasir Notr-Dam-de-Pari kafedralının ərazisində bir zamanlar yerləşən bu məbəd öz ölçülərinə görə Qalliyanın ən böyük dini abidələrindən biri hesab olunurdu). Yaxınlıqdakı sağ liman təpələrində Sen-Jan-de-la-Burşi, Sen-Jerve və Sen-Jan-de-Qrev kilsələri ucaldılmışdır. VI əsrdə bir zamanlar qüdrətli Frank dövləti, gələcəkdə bir-birindən kəskin şəkildə fərqlənəcək üç ayrı hissəyə — Neystriya (əhalisi əsasən romanlaşdırılmış kelt xalqlarından ibarət olan bu vilayətin paytaxtı Paris şəhəri idi və o, Qalliya dövlətinin şimal-qərb torpaqlarını əhatə edirdi), Avstraziya və Burqundiya adlanan yarımmüstəqil krallıqlara parçalanır. I Xildebertin ölümündən sonra (558-ci il), Paris onun qardaşı I Xlotarın iqamətgahı olaraq seçilir, 561-ci ildə şəhər Xlotarın oğlu I Xaribertin sahibliyinə keçir, 567-ci ildə isə o, krallar Quntramn, I Sigibert, I Xilperik və I Xaribertin birgə idarəsi altına keçir (onların heç biri digər iki kralın razılığı olmadan Parisə daxil ola bilmədi). 614-cü ildə II Xlotar Parisdə ruhani kilsə məclisini çağırır və bu iclasda kilsənin ictimaiyyət arasında təsirini gücləndirmiş və zadəganlığın bəzi güzəştlərini qanuniləşdirmiş "Paris edikti" adlandırılan xüsusi fərman qəbul edilir. Bundan başqa o, Klişi-la-Qarenn kommunasında özü və oğlu I Daqobert üçün möhtəşəm saray-iqamətgahın əsasını qoyur və bundan sonra Parisin siyasi rolu enməyə başlayır, şəhərin özü isə tənəzzülə uğrayır. Əhali arasında "tənbəllər" ləqəbini almış Merovinq kralları tez-tez bir saraydan başqasına köçürdülər, real hakimiyyət isə tədricən onların mayordomlarının əlinə keçirdi. Pipinidlər sülaləsindən olmuş mayordom Heristallı Pipinin 687-ci ildə kral III Teodorix üzərində dağıdıcı qələbəsi, Avstraziya yarımmüstəqil krallığını daha da gücləndirdi Neystriyanı isə əksinə, olduqca zəiflətdi.
Karolinqlər dövrü Karl Martellin oğlu mayordom Gödək Pipin (741–768) atasının dövründə kilsə torpaqlarının müsadirəsilə əlaqədar kəskinləşmiş kilsə-kral münasibətlərini nizamlamağa cəhd göstərdi. Benefisi kimi paylanmış bütün kilsə torpaqları kilsənin mülkiyyəi elan olundu və benefisiarilər kilsəyə xərac verməli idi. Bu cür torpaq payları precariya verbo regis (kral əmri ilə verilmiş prekari) adlanırdı. Bu halda benefisiari yenə də kralın xeyrinə hərbi xidtə göstərirdi və kralın icazəsi olmadan kilsə həmin torpağı geri ala bilməzdi.