Naissaar (), əvvəlki adı Nargen (; ) — Ada Fin körfəzində, Tallin şəhərindən şimal-qərbdə yerləşir. İnzibati cəhətdən Xaryumaa qəzası Viymsi rayonu ərazisinə daxildir. Tarixi Strateji əməmiyyəti baxımından ada həmişə diqqəti cəlb etmişdir. Ada XVIII əsrdən artıq Tallinin müdafiəsini təşkilində istifadə edilirdi. 1911-ci ildə adaya nəzər salanda Drednout gəmisini xatırladırdı.
1917-ci ildə bir qrup rus matrosları adanı nəzarətə aralaraq bölgədə Matros və inşaatçılrın Sovet Respublikası elan edilir. Respublika Stepan Maksimoviç Petriçenkonun rəhbərliyi ilə idarə edilirdi. 1918-ci ilin fevralında Tallinin almanlar tərəfindən işğalından sonra ruslar adanı tərk etməli olurlar.
İkinci Dünya müharibəsi dönəmində adada isveçlilərdən ibarət kommuna yaşayırdı. Sovet işğalından sonra onlar İsveçə köçürülürlər. Sovet dönəmində adada hərbi baza yerləşdirilmişdi. Adaya xüsusi buraxılışı olmayanların girişi qadağan edilmişdir. Hazırda isə ada turistik mərkəz rolunu oynayır. Buranı insanlar sovet dönəmindən qalan silahları müşahidə etmək üçün gəlirlər. Coğrfiyası Ada uzunsov formaya malikdir. Adanın əvvəlki adı olan Nargen estonca dar boğaz mənasını verir. Azərbaycana məxsus olan Böyük Zirə adasının əvvəlki Nargin adı Naissara bənzədiyi üçün ona oxşar ad verilmişdir. Adanın sahəsi 18,6 km², maksimal hündürlüyü isə 27 metrdir. thumb|thumb|
İstinadlar
Mənbə Naissaar adasının rəsmi saytı Naissaar adasında yerləşən qala «Naissaar, Former Soviet Navy Base» Naissaar adasının şəkil və xəritələri
Kateqoriya:Estoniya adaları Kateqoriya:Fin körfəzi adaları Kateqoriya:1917-ci ildə yaranmış dövlətlər və ərazilər