Üç Ulduz Nişanı (Latış dili: Tiju Zvaigžņu ordenis)- Latviyada təsis edilən ordendir. 25 mart 1924-cü ildə Latviya Milli Məclisi tərəfindən təsis olunmuşdur. Devizi "Per aspera ad astra"dır ki, mənası "Çətinliklərdən keçib ulduzlara çatmaq" deməkdir. Orden Latviyada verilən ilk və ən yüksək dərəcəli ordendir.

Sıralama Böyük Komandan Xaçı (zəncirli) (1-ci dərəcəli) Böyük Komandan Xaçı (1-ci dərəcəli) Böyük Zabit (2-ci dərəcəli) Komandan (3-cü dərəcəli) Zabit (4-cü dərəcəli) Daşıyıcı (5-ci dərəcəli) Fəxri Orden, 1-ci dərəcəli Fəxri Orden, 2-ci dərəcəli Fəxri Orden, 3-cü dərəcəli

Lentlər100px|centerBöyük Komandan Xaçı (zəncirli)100px|centerBöyük Komandan Xaçı100px|centerBöyük Zabit100px|centerKomandan100px|centerZabit100px|centerCəngavər

Xaç Ordenin xaçı zərli kənarları olan ağ minadan təşkil olunmuş xaçdan ibarətdir. Xaçın ön tərəfinin mərkəzində mavi minadan təşkil olunmuş medalyon yerləşir. Medalyonun mərkəzində isə 3 ədəd qızıl beşguşəli ulduzu görmək olar. Əks tərəfində isə "Per aspera ad astra" və "Latvijas Republika — 1918.g.18. novembris" (Latviya Respublikası- 18 noyabr 1918) ifadələri yazılmışdır.

Ulduz Ulduz birinci və ikinci dərəcəli nişanlarda olur. Birinci dərəcəli nişan və ikinci dərəcəli nişan (müvafiq olaraq böyük ulduz və kiçik ulduz) yalnız dizaynına və ölçüsünə görə fərqlənir. Ulduzlar mavi minalı medalyon və onun mərkəzindəki 3 ədəd qızıl ulduz ilə gümüşdən hazırlanan beşguşəli ulduz formasındadır. Onun kənarında "Par Tēviju" (Vətən üçün) sözləri yazılmışdır.

Nişanın zənciri Zəncir yalnız Böyük Komandan Xaçında olur. Bu ordenlə isə nadir adamlar təltif olunur. Zəncirin üzərində svastikanı, üç ulduzu, şir və qrifonu görmək olar.

Fəxri Orden Fəxri orden bir qayda olaraq xaç təsvir olunan, öndən dəyirmi formada olan nişandır. Əks tərəfində isə "Par Tēviju" sözləri yazılmışdır. Onun kənarında palıd yarpaqlarından ibarət çələng təsvir olunub. Fəxri Orden qızıl, gümüş, bürünc olmaqla 3 sinfə ayrılır.

İstinadlar

Xarici keçidlər The State Decorations of Latvia , Prezident Aparatı The Three-Star Order

Kateqoriya:Latviya ordenləri