Salman xan Şahəli mirzə oğlu Təmişli-Ustaclı () — Qızılbaş əmiri, I Şah Təhmasib Səfəvinin nəvəsi, vali.

Həyatı Salman mirzə Şahəli mirzə oğlu Təmişli-Ustaclı Təbriz şəhərində dünyaya gəlmişdi. 1580-ci ildə Şirvan bəylərbəyi təyin olunmuşdu. Az sonra Gilana hakim göndərilmişdi.

Şahəli mirzə Təmişli-Ustaclı1585-ci ildə sarayda divanbaşı olmuşdu.

Şahəli mirzə Təmişli-Ustaclı 1587-ci ildə Murtuzaqulu xan Pörnək-Türkmandan sonra Məşhəd şəhərinə hakimlik etmişdi. 1612-ci ildə Qəzvinin valisi idi.

Şahəli mirzə Təmişli-Ustaclı 1624-cü ildə vəfat edib.

Ailəsi Salman mirzə Şəhribanu xanım I Təhmasib şah qızı Səfəvi (?-1583) və Gövhər Sultan xanım II İsmayıl şah qızı Səfəvi (1577-1618) ilə dünya evinə girmişdi.

Abdulla xan Ustaclının nəvəsidir. I Şah Təhmasib Səfəvinin nəvəsidir.

Mənbə Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh. Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh. Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.

Həmçinin bax Ustaclı eli Xorasan bəylərbəyliyi Şirvan bəylərbəyliyi

Kateqoriya:Hərbi liderlər Kateqoriya:Ustaclılar Kateqoriya:Gilan tarixi Kateqoriya:Doğum tarixi bilinməyənlər Kateqoriya:Şirvan bəylərbəyiləri Kateqoriya:Səfəvi vəzirləri Kateqoriya:Səfəvi dövlətinin baş vəzirləri Kateqoriya:Səfəvi sərkərdələri