Seolitlər mikorməsaməli alümosilikat minerallar olub kommersial adsorbentlər və katalizlər kimi istifadə olunur. Seolit termini 1756-cı ildə İsveç mineroloqu Aleks Fredik Kronstedt tərəfindən ixtira olunub. Seolit yunan dilindən ζέω (zéō), mənası yandırmaq və λίθος (líthos), mənası daş deməkdir. thumb|289x289px|Seolit
Kimyəvi tərkibi Seolitlər sulu alümosiliktlar olub, tərkibində Ca və Na, bəzən isə Ba və K, nadir hallarda isə Sr, Mg və Mn iştirak edir.V. M. Babazadə, M. N. Məmmədov, N. Ə. İmamverdiyev. Petroqrafiya. Bakı: 2007, səh. 135. Kationların miqdarına görə seolitlər bir-birindən fərqlənir. Seolitlərin ümumi kimyəvi formulu (Na2K2, Ca, Ba) [(Al, Si)O2]n•H2O.
Seolitlərin kristallik şəbəkələri alüminium-silisium-oksigen tetraedrlərinin karkaslarından ibarət olub, başqa karkas quruluşlarından boşluğu molekulyar su (seolit suyu) ilə dolmuş daha geniş kanalların olması ilə fərqlənir. Ona görə də ehtiyatla qızdırdıqda kristalın strukturu pozulmadan su çıxa bilir, sonra isə yenə də su öz yerini tutur. Bu halda kristalın eynicinsliliyi saxlanılmasa da, onun optiki xüsusiyyəti dəyişir.
Seolit qrupunun mineralları müxtəlif dərəcədə öyrənilmişdir. A. Q. Betextin şərti olaraq seolitləri 3 qrupa bölmüşdür:
şabazit (şabazit, levinit, lomantit və b.); natrolit-tomsonit (natrolit, skolesit, tomsonit və b.); heylandit və fillipsit (heylandit, fillipsit, desmin və b.).
Paragenezisi Seolitlər çöl şpatları, feldşpatoidlər üzrə törəmə mineral kimi əmələ gəlir, effuziv süхurların badamcıqlarını doldurur, hidrotermal yataqlarda rast gəlir və həmçinin cavan çökmə süхurlarda, torpaqlarda ekzogen proseslər nəticəsində əmələ gəlir. İsbat olunmuşdur ki, seolitlər Sakit okeanın müasir dərin sulu çöküntülərində vulkanik materialların parçalanması nəticəsində (bütün çəküntünün 20–30%-ni təşkil edir) əmələ gəlir.
Diaqnostikası Seolitlər susuz alümosilikatlara nisbətən aşağı bərkliyi, sıxlığı, sınma əmsalı ilə və turşularla daha asan dağılması ilə fərqlənir. Şlifdə bütün seolitlər rəngsizdir. Adətən onlar tükvari, iynəvari, radial-şüalı, pullu aqreqat formalarında rast gəlir, bəzən lövhəvarı kristallar əmələ gətirir. Müxtəlif sinqoniyada kristallaşır: əsasən monoklinik və rombik (natrolit-tomsonit qrupu və geylandit, fillipsit), həmçinin triqonal (şabazit və b.) və nadir seolitlər heksaqonal (erionit), tetraqonal (aşkroftin) və kubik (foyazit) sinqoniyalarda kristallaşırlar. Bütün hallarda tam ayrılmaya malikdirlər. İkiləşmələri çox hallarda rast gəlir. Bütün seolitlərdə ikiqat şüasınma aşağıdır – sıfırdan 0,012-yə qədər. Əksərlərində isə 0,003–0,007 təşkil edir, ancaq tomsonitdə 0,015-ə çatır.
Seolit qrupu minerallarının növləri sınma əmsallarına, ikqiat şüasınmaya, optiki xarakterinə (müsbət və mənfi növləri var), optiki oxlar bucağına, sönmə bucağına, uzanma işarəsinə görə bir-birlərindən fərqlənir.
Başqa minerallardan seolitlərə ən çox bənzəyən xalsedondur. O da seolitlər kimi effuziv süxurların badamlarını doldurur və radial-şüali quruluşa malikdir. Seolitdən o aşağı sınma əmsalına (<1,53) görə fərqlənir. Bundan başqa xalsedon üçün opal və kvarsla birgə rast gəlməsidir.
Seolitin mənşəyi, xassələri və yataqları İsveçin minerologiya sahəsindəki tədqiqatçısından biri Kronştedt 200 il bundan qabaq təbii seolitə "Qaynayan daş" adını vermişdir. Seoiit latın ifadəsi olub (ZeO-qaynamaq və Lithos-daş deməkdir) sözlərindən götürülmüşdür. Doğrudanda seolitləri odda qızdırdıqda köpüklənməyə başlayır. Buna səbəb seolitlərin tərkibinə daxil olan bir sıra karbonatların parçalanması nəticəsində əmələ gələn karbon qazıdır. Temperaturdan nəmişlikdən asılı olaraq suyu buraxmaq, yenidən udmaq qabiliyətinə malik olan, tərkibi və xassələri oxşar olan iri minerallar qrupuna, habelə, şüşə və sədəf parıltısına malik olan karkas silikatlar sinfindən natrium və kalsium sulu alümosilikatlarına seolitlər deyilir. Təbii seolitlər qələvi və qələvi-torpaq elementlərinin kristallik qurluşa malik alümosilikatların Ümumi şəkildə seolitlərin formulası aşağıdakı şəkildə yazılır. Mx/n[(AlO2)x (SiO2)y]wH2O Burada-M bir valentli (Na, K, Li) yaxud iki valentli (Ca, Mğ, Ba, Zr) kationları n-kationun yükünü w-su molekullarının sayını göstərir. y/x-nisbəti isə seolit qurluşunun xarekterindən asılı olaraq 1 ilə 5 arasında dəyişir. Seolit karkasının ilkin quruluş vahidi mərkəzində silisium və alüminium, təpələrində isə oksigen atomları yerləşir, bir-birilə oksigen körpüsü vasitəsilə növbələşən tetraedr cütündən ibarətdir.
Mənşəyi Mənşəyinə görə seolitlər hidrotermal, ekzoqen, nadir halda metamorfik minerallardır. Onlar vulkanik suxurların badamcığlarında, qumluqlarda, arkalarda, qneyslərin çatlarında və boşluqlarda rast gəlirlər. Həcmcə çox deyil lakin müxtəlifdir və bütün dünyada məlumdur. Seolitləri süni yol ilə də alırlar.
Xassələri Təbii və sintetik seoitlərin kristallik strukturları 2–15 anqstrem ölçülü kanallarla və boşluqlarla düzəlmiş, ucları, (və ya təpələri) ümumi olan üç ölçülü karkasa birləşən SiO2/4 və AlO2/4 tetraedrik qruplardan ibarətdir. Əks ionlarla (ion mexanizmi ilə daxil edilmiş metal, ammonium kationlarla) kompensə edilmiş və su molekulu ilə asan dehidratlaşmiş [AlSi]O4 — seolitin açıq karkas – boşluqlu strukturuna malikdir. Mikroskopik (Qabitusa) görə aşağıdakı seolitlər məlumdur. Lifli seoitlər-natrolit, tomsonit, skolesit, jismonit (abrzit), ferrerit və s. Yarpaqvari seolitlər-stilbit, qeylandit, bryüsterid və s. Tetraedrik seolitlər-şabazit, fillipsit, qarmotam, foyazit, qmelinit, dakiardit və s.
Yataqları Təbii seolitlərdən səkkizi – klinoptilolit, mordenit, şabazit, erionit, ferririt, fillipsit, analsim və limontit böyük təbii yataqlara malikdir. Axrıncı ikisi isə hələ sənaye miqiyasında öz tətbiqini tapmayıb. Klinoptilolit və mordenit seolitləri daha çox tətbiq imkanlarına malikdir. Hər iki seolitin respublikada geniş yataqlara malikdir. Təbii seolitlər daha çox tuf şəklində tapılır. Klinoptilolit tufu — 70–90 % klinoptilolitdən ibarət olub, tərkibində qarışıq kimi montmorillonit, kristobalit, seladonit, kvars, çöl şpatı, biotit və s. minerallar saxlayır. Dünyanın bir çox ölkələrində o cümlədən ABŞ, Yaponiya, Şərqi və Cənub-Şərqi Avropa ölkələrində geniş yataqlara malikdir. MDB ölkələrində "Dzeqvi", "Xekordzula" (Gürcüstan), "Badxız" (Türkmənistan), "Aydağ" (Azərbaycan) klinoptilolit daha məşhurdur. Mordenit tufu- 70%-qədər mordenitdən ibarət olub tərkibində kvars, xalsedon, kristobalit, xlorit, opal və s. mineral maddələr saxlayır. ABŞ, Yaponiya, Bolqarıstan, Macarıstan, və s. ölkələrdə geniş yayılmışdır. MDB ölkələrində "Zakarpatiya" (Ukrayna), "Bolnisi" (Gürcüstan), "Çananab" (Azərbaycan), "Nidim" (Rusiya) yataqları daha çox yayılmışdır.
Təbii seolitlərin sənayedə tətbiqi Hal hazırda sənaye miqyasında ilkin götürülən xammalın və alınan məhsulun keyfiyyətini yaxşılaşdırmaq məqsədilə texnoloji qaz və maye axaınlarının qurudulması və təmizlənməsi zamanı adsorbsiya proseslərindən geniş istifadə edilir. Qurudulma proseslərinin həyata keçirilməsi üçün əksər hallarda adsorbent kimi silikagel alüminium oksid və müxtəlif seolitlər götürülür. Başqa adsorbentlərlə müqayisədə seolitlər bir sıra üstünlüklərə malikdir.
Minimal miqdar nəmliyi olan qazdan hətta kiçik təzyiqlərdə belə böyük miqdar su molekullarını sorbsiya edə bilir. Silikagel və alüminium oksiddən fərqli olaraq su buxarlarına qarşı seolitlərin adsorbsiya xüsusiyyətləri temperatur artımı ilə o qədər də aşağı düşmür. Qaz axınının seolit təbəqəsindən hərəkəti zamanı adsorberə gostərilən hidravlik müqavimət aşağı düşmür. Ayrıca götürülən maddələrə qarşı seolitlərdə seçicilik (selektivlik) xüsusiyyətləri olur. Başqa quruduculardan fərqli olaraq seolitlər molekulyar ələk xüsusiyyətlərinə malikdir, elə molekulları sorbsiya edirlər ki, onların diametrləri seolit "pəncərələrinin" diametrlərinə uyğun gəlsin, böyük molekullar bu zərif məsaməli maddələrdə adsorbsiya olunmur.