Qabor Alfred Fehervari (; 8 aprel 1990, Dyor, Macarıstan) və ya səhnə adı ilə Freddi — Macarıstan müğənnisi. O Macarıstanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Həyatı və musiqi karyerası Qabor Alfred Fehervari 8 aprel 1990-cı ildə Macarıstanın Dyor şəhərində anadan olmuşdur. Onun babası Alfred Fehervari futbol hakimi olaraq (1975-2007) fəaliyyət göstərmişdir. Freddi musiqi karyerasına başlamazdan öncə kommersiya kollecində təhsil almışdır. 2010-cu ilə kimi o, sadəcə oxumaqla qalmamış və həm də kiçik musiqi qruplarında gitarada da ifa etmişdir. Macarıstan tamaşaçıları Freddini ilk dəfə ölkədə keçirilən Rising Star musiqi yarışmasından tanımışdırlar. Yarışmada ifaçı dördüncü yerə layiq görülmüşdür. Daha sonra o, Macarıstanın tanınmış müğənnilərindən olan Andras Kallay-Saunders ilə əməkdaşlıq etmiş və onun "Mary Joe" adlı ilk sinqlı ərsəyə gətirilmişdir. Mahnı Macarıstan hit paradlarına daxil ola bilmişdir. O, 2015-ci ilin payızından səhnə adı olan "Freddi" ilə çıxış etməyə başlamışdır.

2015-ci ilin dekabr ayında Freddinin "Pioneer" mahnısı ilə Macarıstanın Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi A Dal 2016 seçim turunda iştirak edəcəyi təsdiqlənmişdir. Fredi yarışmada qalib gələrək, "Pioneer" mahnısı ilə Macarıstanı İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanmışdır. Uzun məşqlərdən sonra Freddi 10 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 4-cü nömrə altında səhnə almışdır. Nəticədə 197 xalla 4-cü yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Freddi 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 108 xal toplayaraq, 19-cu yerdə qərarlaşmışdır.

2018-ci ildə Freddi A Dal 2018 mahnı yarışmasına aparıcılıq edəcək.

Diskoqrafiya thumb|Freddi A Dal musiqi yarışmasında qalib gəldikdən sonra Sinqllar Mahnı adı İl "Mary Joe" 2015 "Neked nem kell" "Pioneer" "Na jó, Hello" 2016 "Ez a vihar" 2017 "Csodák" "Nincsen holnap"

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Macarıstanda doğulanlar Kateqoriya:Macarıstan müğənniləri Kateqoriya:Macarıstan musiqiçiləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Macarıstanın "Avroviziya" təmsilçiləri