I Just Can't Stop Loving You – Maykl Cekson və Siedah Garrett tərəfindən ifa olunmuş məşhur balladadır. Mahnı Maykl Ceksonun yeddinci solo albomu olan Baddən çıxarılmıç ilk sinqldır. Mahnının ispan dilində olan versiyası "Todo Mi Amor Eres Tú" adlanır. Fransız dilində olan "Je Ne Veux Pas La Fin De Nous" adlı versiyası isə Maykl Ceksonun ölümündən sonra "Bad 25" albomunda satışa çıxarılmışdır. Mahnının söz və musiqi müəllifi Cekson özüdür. Əvvəlcə mahnının Ceksonun seçdiyi iki qadın müğənnidən biri – ya Barbra Streyzand ya da Vitni Hyustonla birgə ifa edilməsi nəzərdə tutulmuşdu. Hətta Areta Franklin və Agnetaa Feltskoqla (ABBA qrupunun üzvü) da birgə ifa edilməsi də düşünülürdü. Lakin hər dörd qadın ifaçı o zaman başqa işlə məşğul olduğu üçün təklifi qəbul edə bilməmişdi.

Bu zaman mahnının müəllifi və Kuinsi Cons Ceksonun "Man In The Mirror" mahnısının bəstəkarı Garrettə mahnını Ceksonla birgə səsləndirməyi təklif etdilər. Beləcə Garret 1984-cü ildə Dennis Edvardsla olan "Don't Look Any Further" hitindən sonra növbəti hiti səsləndirmək təklifi aldı.

Mahnı çox uğurlu alınmış və dinləyicilər tərəfindən sevilmişdir. Həmçinin hit-paradlarda da sürətlə irəliləyən mahnı Billboard Hot 100 – də ilk beşliyə daxil ola bilmişdir. Mahnı həmçinin Billboard R&B və adult contemporary hit-paradlarında birinciliyə yüksəlmişdir.

Bu mahnı Ceksonun "AC chart"da birinciliyə yüksəlmiş ikinci sinqlıdır (bu hit-paradda zirvəyə yüksəlmiş ilk mahnısı Pol Makkartni ilə birgə 1982-ci ildə ifa etdiyi "The Girl Is Mine" mahnısı olmuşdur.)Hyatt, Wesley (1999). The Billboard Book of #1 Adult Contemporary Hits (Billboard Publications), page 324. Mahnıya klip çəkilməmişdir. 2012-ci ildə "Bad 25" layihəsi çərçivəsində mahnı yenidən sinql şəklində satışa çıxarılmışdır.

Orijinal versiyada mahnı Ceksonun danışığı ilə başlayır. Lakin sonra çıxarılmış versiyalarda və ümumiləşdirici albomlara daxil edilmiş versiyalarda həmin hissə ixtisar edilmişdi.

Fon və yazılması Maykl Cekson debüt balladası olan "I Just Can't Stop Loving You" mahnısını Barbara Streyzand və ya Vitni Hyustonla birgə ifa etmək istəyirdi. Lakin hər iki müğənni Ceksonun duet təklifini qəbul edə bilmir. Bundan sonra "Temptations" qrupunun keçmiş üzvü Dennis Edvardsla birgə ifa etdiyi "Don't Look Any Further" mahnısı ilə duet təcrübəsi olan Siedah Garrettin duet ortağı olması təklif edilir. Garrett, Deco üçün elan olunmuş müsabiqədə qalib gəlməsindən sonra ilk dəfə Maykl Ceksonun prodüseri olan Kuinsi Consun diqqətini cəlb etmişdi. Bundan sonra isə o, "Warner Bros. Domestic Television Distribution"la müqavilə imzalamışdı. Müğənniyə tez-tez demo mahnılar göndərilirdi və həmin mahnılardan biri də, gələcəkdə Cekson tərəfindən oxunacağı naməlum olan for "I Just Can't Stop Loving You" mahnısı idi. Səsyazma studiyasına çağırıldıqda Gerrett bunun "Man in the Mirror" mahnısının həmmüəllifi olması ilə əlaqəli olduğunu düşünürdü. Lakin studiyada ona Maykl Ceksonla duet ifa etmək üççün seçildiyi bildirilmişdi. Ümumilikdə bu mahnı, Ceksonun Motown dövründə ifa etdiyi "Got to Be There" balladasını xatırladır.

Mahnının orijinal albom versiyası Ceksonun danışığı ilə başlayır. O, "I just want to lay next to you for awhile. You look so beautiful tonight… A lot of people misunderstand me. That's because they don't know me at all. I just want to touch you and hold you…" sözlərini deyir.

Tənqidçilərin mövqeyi Sputnikmusic tənqidçisi mahnıya beşdən dörd ulduz verir və qeyd edir: "Bu heç də albomun ən çox diqqət çəkən mahnılarından biri deyil. Lakin mən onu daha çox dinlənildiyinə və xüsusilə instrumentasiyasının diqqət çəkməsinə görə qiymətləndirirəm. Bu həqiqətən də yaxşı mahnıdır, sözləri sanki musiqiyə sarılmışdır, lakin mahnı indi də alboma xüsusi bir fərqlilik verir və vocal ifaları ilə diqqəti cəlb edir." "Los Angeles Times"dan Riçard Kromleyn mahnı haqqında mənfi fikir bildirərək yazır: "Monoloq yüngül, kövrək və incə səslənsə də, onun arxasınca gələn titrək və unudulmaz musiqi bir qədər tük ürpədici təsir bağışlayır və bu Norman Bitsin "Psixo IV" filmindəki sürətlənməsini xatırladır." "Rolling Stone"dan mahnını şərh edən Devitt Sigerson yazır:

"Kobud insanlar kədərlənir ki, Ceksonun adı heç də tez-tez xatırlanmayan Siedah Garrettlə birgə ifa etdiyi 'I Just Can't Stop Loving You' mahnısı onun ikinci uğursuz çıxışı idi. Musiqidə MakKartizmin azalması və hər kəsdə səhvlərin axtarıldığı bir dövrdə çırtma və timpani ifasında yanlışlıq axtaranlardan soruşmaq lazımdır ki, son vaxtlar hansı mahnıda xorun ifasında yanlışlıq axtarıblar?"

Hit-parad göstəriciləri "I Just Can't Stop Loving You" Ceksonun "Bad" albomuna daxil olan mahnılar arasında ən çox uğur gözlənilən mahnılardan biri idi. Sinql U. S. Billboard Hot 100 hit-paradında 8 avqust 1987-ci ildə 37-ci ildə debüt etmişdir. Sinql 1987-ci ilin ən yüksək debüt nəticəsini göstərməklə, ikinci həftəsində 16-cı, yeddinci həftəsində, 19 sentyabr 1987-ci ildə isə birinciliyə yüksəlmişdir.

Lakin albomun eyni adlı mahnısının tezliklə sinql kimi satışa çıxarılması ("Bad" sinqlı "I Just Can't Stop Loving You" ilə eyni həftədə 40-cı yerdə debüt etmişdi.) mahnının hit-parad liderliyinə tez son qoymuş və cəmi beş həftə sonra mahnı 40-cı pilləyə qədər enimiş, ümumilikdə on bir həftə top 40-da qalmışdır. Billboard, 1987-ci ilin yekun "Hot 100 chart"ında mahnını 43-cü yerdə qərarlaşdırmışdır.

Sinql üç həftə "Billboard's Adult Contemporary" hit-paradında birinci yerdə qərarlaşaraq Ceksonun hit-paradın zirvəsinə yüksəlmiş ikinci mahnısı olmuşdur. Birləşmiş Krallığın "UK Singles Chart"ında mahnı 11 avqust 1987-ci ildə birinciliyə yüksəlmiş, ilin sonunda isə 30-cu yerdə qərar tutmuşdur.

Avtobioqrafik əsəri olan "Moonwalk"da cekson qeyd edir ki, mahnı fikrində tutduğu kiməsə həsr edilməmişdir, lakin mahnını hər dəfə canlı ifa edərkən fikrində mütləq kimisə tutur. Hit-parad (1987)YüksəldiyiyerAustralian Singles Chart10Austrian Singles Chart5Belgium Singles Chart1Canadian Singles Chart2Danish Singles Chart1Dutch Singles Chart1Eurochart Hot 100 Singles1French Singles Chart12German Singles Chart2Irish Singles Chart1Japan Singles Chart (International Singles)3New Zealand RIANZ Singles Chart3Norwegian Singles Chart1Spanish Singles Chart1Swedish Singles Chart4Swiss Singles Chart2UK Singles Chart1US Billboard Hot 1001US Billboard Hot Adult Contemporary Tracks1US Billboard Hot Black Singles1US Billboard Hot Latin Songs (Spanish Version)11Hit-parad (2009)YüksəldiyiyerSwiss Singles Chart 40UK Singles Chart78

Canlı ifalar Cekson, "Bad World Tour" çərçivəsində mahnını arxa fon ifaçısı Şeril Krou ilə, "Dangerous World Tour" çərçivəsində isə Siedah Garretlə birgə ifa etmişdir. Bruneydəki Kral Konsertində isə Cekson mahnını Marva Hickslə birgə ifa etmişdir. "This Is It" konsertlərində isə Cekson mahnını Cudi Hillə birgə ifa etməli idi, lakin müğənninin qəfil ölümü bu konsertləri yarımçıq qoydu. Buna baxmayaraq mahnı "This Is It" filmində istifadə edildi. Ceksonun ölümündən sonra, Cudi Hill, "I Will Always Be Missing You" adı ilə mahnının sekvelini yazaraq ifa edib.

Çıxarılması CD promo: "I Just Can't Stop Loving You" (7" version) – 4:12

US 7" single "I Just Can't Stop Loving You" (with spoken intro) – 4:17 "Baby Be Mine" – 4:20

US 12" special edition single "Todo Mi Amor Eres Tu" – 4:06 "I Just Can't Stop Loving You" (7" version) – 4:12

US 3" CD single "I Just Can't Stop Loving You" (7" version) – 4:12 "Baby Be Mine" – 4:20

American CD single Wal-Mart exclusive "I Just Can't Stop Loving You" (original album version) — 4:25 "Don't Be Messin' 'Round" (demo) — 4:19

Remiks versiyaları Album version / Original album mix* – 4:25 7" version – 4:11 *Bu versiya Bad albomunun sonrakı nəşrlərində orijinal versiyanın yerinə verilmişdir. "Todo mi amor eres tú" ispan dilli versiya – 4:06 ("Sən Mənim Sevgimsən" mənasını verir.) "Je ne veux pas la fin de nous" fransız dilli versiya – 4:06 ("Bizim Sonumuzu İstəmirəm" mənasını verir.)

Heyət Musiqisi və sözləri – Maykl Cekson Maykl Ceksonla vokal duet — Siedah Garrett Prodüser – Kuinsi Cons İkinci pordüsser – Maykl Cekson Natan İst – Bass N'dugu Chancler – zərb alətləri Paulinho Da Costa – zərb alətləri Den Haff – Gitara Con Barnes – Pianino Kristofer Kurrell – Sinklaviyer Devid Peyç, Qreq Fillinceyc – Sintezator Stiv Porkaro – Sintezator proqramlayıcısı Ritm aranjimançısı – Kuinsi Cons Sintezator aranjimançısı – Devid Peyc və Kuinsi Cons Vokal aranjimançısı – Maykl Cekson və Con Barns

Digər ifalar 2001-ci ildə "Maykl Cekson: 30-cu ilinə xüsusi" konsertində mahnı Qloria Estefan və Ceyms İnqrem tərəfindən ifa olunmuşdur. Müasir caz gitaraçısı Çak Loeb 2002-ci ildə çıxardığı "My Shining Hour" albomunda mahnının improvizasiyasını təqdim etmişdir. 2009-cu ildə "Latin American Idol" yarışmasının səkkiz finalçısı mahnının ispan dilində versiyasını "Todo mi amor eres tú" adı ilə ifa etmişlər. 2012-ci ildə "Xor" musiqili serialının "Michael Jackson Tribute Episode" seriyasında mahnı ifa edilmişdir. 2013-cü ildə Tobi Lav mahnının ispan dilində olan cersiyasını bakatada ifa etmişdir. Bu versiya Dominikan Respublikasında "Billboard Tropical Songs" hit-paradında birinciliyə yüksəlmişdir.

2012 Buraxılışı

5 iyun 2012-ci il tarixində "Bad 25" layihəsi çərçivəsində mahnı yenidən sinql şəklində təqdim edilmiş və "Walmart" mağazalarında satışa çıxarılmış, lakin, dijital satışdan imtina edilmişdir. Sinqla "I Just Can't Stop Loving You" mahnısının 1987-ci ildə çıxarılmış "Bad" albomuna daxil olan tam versiyası (bu versiyada mahnının əvvəlində Ceksonun nitqi də verilsə də, sonrakı versiyalarda bu hissə kəsilmişdir), "Don't Be Messin' 'Round" mahnısının 1986-cı ildə yazılmış demo versiyası daxil edilmişdir. "Billboard"ın ən yaxşı satış nəticələrinə görə sıralamaya əsaslanan "Hot Singles Sales Chart"da "I Just Can't Stop Loving You" mahnısı 5,000 nüsxə satışla birinci yerdə debüt etmişdir. "One More Chance" mahnısının 2003-cü ildə "Hot R&B/Hip Hop Singles Sales Chart"da üç həftə birinciliyi saxlamasından sonra bu Ceksonun Billboard hit-paradlarında birinciliyə yüksəlmiş ilk mahnısı idi. Vinil sinql ABŞ-də 26 iyun 2012-ci ildə satışa çıxarılmışdır.

Trek siyahısı Worldwide 5" CD Single (88725414922) I Just Can't Stop Loving You (Album Version) — 4:23 Don't Be Messin' 'Round (Demo) — 4:19

US 7" single''' "I Just Can't Stop Loving You" (with spoken intro) – 4:25 "Baby Be Mine" – 4:20

Hit-parad göstəriciləri Hit-parad (2012) YüksəldiyiyerHungarian Singles Chart6Japan Hot 10094Japan Oricon Singles Chart39US Billboard Hot Singles Sales Chart1Canadian Physical Singles Sales Chart1Spanish Physical Singles Chart1French Singles Chart64

Çıxarılma tarixi Ölkə Tarix Format Fransa 4 iyun 2012 CD Sinql Yaponiya 6 iyun 2012 Almaniya 1 iyun 2012 Birləşmiş Krallıq 12 iyun 2012 ABŞ 5 iyun 2012 26 iyun, 2012 7" Sinql

Qələbə və Məğlubiyyətləri

İstinadlar

Kateqoriya:İngilis dilində mahnılar Kateqoriya:Maykl Cekson mahnıları Kateqoriya:1987-ci ilin mahnıları Kateqoriya:1987-ci ilin sinqlları Kateqoriya:2012-ci ilin sinqlları Kateqoriya:Pop mahnılar