Cozef Safra (, ; 1939, Hələb, Suriya — 10 dekabr 2020, San-Paulu, Braziliya) — ərəb əsilli yəhudi Braziliya bankiriDünyanın ən varlı 10 ərəbi . publika.az, 22.01.2014 , oliqarxCozef Safra: Dünyanın ən varlı bankiri . banker.az, 29.06.2016 . 4-cü nəslinin nümayəndəsi olduğu Safra ailəsinin sərvətini idarə edir.
Həyatı Cozef Safra 1939-cu ildə Suriyanın HələbJerusalem Post: The world's 50 Richest Jews: 11–20 retrieved November 16, 2014 şəhərində anadan olmuşdur.
Braziliya və Livan vətəndaşı olan Cozef Safranın ailəsi 1952-ci ildə Braziliyaya köçərək San-Pauluda "Safra" bankını yaratmışdır. Cozef Safranın təşəbbüsləri sayəsində bu bank Braziliyada öz yerini tuta bilmişdir,
amma uzun illər Braziliyada yaşamasına baxmayaraq o, bu ölkəni öz vətəni hesab etmir. O, heç də həmişə braziliyalılar üçün doğma dil olan portuqal dilində danışmır və bunun əvəzində ərəb, ivrit, ingilis, ispan və fransız dillərində danışır.
Maliyyə imperiyası thumb|left|Rio-de-Janeyroda "Safra" bankı Hazırda onun maliyyə imperiyasının əsasını ilk növbədə "Banco Safra" (Braziliya), "J. Safra Sarasin" (İsveçrə) və "Safra National Bank of New York" (ABŞ) bankları təşkil edir. Bundan əlavə, braziliyalı milyarder bütün dünya üzrə çox sayda daşınmaz əmlaka sahibdir. Ümumilikdə "Safra Group"un strukturlarının nəzarəti altında minimum 200 milyard dollar vardır.
Dünyanın ən varlı bankiri 2015-ci ildə Cozef Safranın sərvəti 15,7 milyard dollara çatmışdır. Bununla da, o, dünyanın ən varlı bankiri adına sahib olmuşdur.
Həmçinin bax Safra ailəsi
İstinadlar
Kateqoriya:Hələbdə doğulanlar Kateqoriya:Safra ailəsi Kateqoriya:Braziliya bankirləri Kateqoriya:Braziliya milyarderləri Kateqoriya:2020-ci ildə vəfat edənlər Kateqoriya:1938-ci ildə doğulanlar