Maksim Averin (28 noyabr 1985, Lvov) — Rusiyanı və Azərbaycanı təmsil edən velosipedçi.
Karyerası Maksim Averinin atası şosse velosipedi üzrə dəfələrlə SSRİ çempionu olan Aleksandr Averindir.
2002-ci ildə Almaniyada gənclər arasında UEC Avropa Çempionatının bürünc medalına sahib olan Maksim Averin Rusiya yığmasının heyətində çıxış edən müddətdə beynəlxalq turnirlərdə bir sıra uğurlara imza atdı.
2014-cü ilin iyununda Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) Maksim Averini Azərbaycan yığmasının heyətinə cəlb etdi. 2015 və 2016-cı illərdə Azərbaycan Çempionatlarının qalibi oldu.
Maksim Averin 2016-cı ildə Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Avqustun 6-da baş tutan fərdi turnirdə Maksim Averin finiş həddinə çata bilmədi və olimpiadanı nəticəsiz başa vurdu.
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi velosipedçiləri Kateqoriya:Azərbaycanın olimpiya velosipedçiləri Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında velosipedçilər Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər