Masamune-kun's Revenge və ya Yaponiyada tanınan adı ilə — Tiv-in rəssamlığı ilə Hazuki Takeoka tərəfindən yazılmış manqa seriyası. 2012-ci ildən 2018-ci ilə kimi Monthly Comic Rex jurnalında nəşr olunmuş və 9 cildi buraxılmışdır. Manqa seriyası Yaponiyada Ichijinsha tərəfindən, ABŞ-də Seven Seas Entertainment tərəfindən nəşr olunur. Silver Link studiyası tərəfindən çəkilmiş anime serialı adaptasiyası 2017-ci ilin yanvarından martına kimi yayımlanmışdır.
Məzmun Hadisələrin diqqət mərkəzində Masamune Makabe adlı narsist şəxsiyyətə malik yaraşıqlı oğlandır. Makabe balaca uşaq ikən çox kök olduğundan Aki Adaqaki adlı qız onu "donuz" adlandırmışdı. Babasının köməyi ilə arıqlayan Makabe böyüyəndən sonra babasının soyadını qəbul edərək şəxsiyyətini gizlədir və Akidən qisas almaq üçün planlar qurmağa başlayır.
Akinin xidmətçisi Yoşino Koyvayın köməyi ilə Makabe Aki ilə münasibət qurur və onun qəlbini sındırmaq üçün fürsət gözləyir. Lakin Aki ilə aralarında dostluq münasibətləri cücərir və Makabe məqsədlərini sorğulamaya başlayır.
Personajlar
Baş qəhrəmandır və narsist şəxsiyyətə malikdir. Makabe balaca uşaq ikən çox kök idi və buna görə də Aki onu "donuz" adlandırmışdı. Daha sonra məşq edərək arıqlayan Makabe şəxsiyyətini gizlədərək Akidən qisas almağa çalışır.
Məktəbin populyar və varlı qızıdır. Oğlanlara qarşı amansız davranışlarına görə "Qəddar şahzadə" ləqəbi ilə tanınır. Makabenin qisas almaq istədiyi şəxsdir.
Adaqakinin xidmətçisidir və çox əfəldir. Həmişə Akinin ətrafında gəzir və onun ayaq işlərini görür. Buna görə də Makabe Yoşinonu "Sinderella" adlandırır.
Məktəbə yeni gəlmiş şirin və gülərüz qızdır. Makabeyə qarşı xüsusi marağı var.
Masamunenin gənc qız kimi görünən, lakin əslində 42 yaşında olan anasıdır. Həmişə Masamunenin çox arıq olacağından narahatdır.
Masamunenin kiçik bacısıdır. Qardaşını çox sevir.
Akinin fanatlarından biridir.
Akinin fanatlarından biridir.
Akinin fanatlarından biridir.
Media Manqa Yazıçı Hazuki Takeoka və koreyalı qadın rəssam Tiv tərəfindən hazırlanan manqa Ichijinsha nəşriyyatının "Comic Rex" jurnalının 27 oktyabr 2012-ci ildə çıxan 2012-ci il dekabr sayında serializasiya olunmağa başlamışdır. 27 iyun 2018-ci ildə manqanın sonuncu fəsli nəşr olunmuşdur. Ümumilikdə 9 cildi buraxılmışdır. Seven Seas Entertainment 4 sentyabr 2015-ci ildə manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır.
Takeoka və Tiv "Monthly Comic Rex" jurnalında 27 sentyabr 2018-ci ildən spin-off manqasını nəşr etdirəcəklər. adlı manqa personajların məktəbdən sonrakı həyatlarından bəhs edəcək.
Cild siyahısı
Ranobe Tiv-in rəssamlığı ilə Hazuki Takeoka tərəfindən ranobe adaptasiyası hazırlanmışdır. Ichijinsha tərəfindən 20 dekabr 2013-cü ildə bir cildi buraxılmışdır.
Anime 23 iyun 2016-cı ildə Ichijinsha nəşriyyatı manqa əsasında anime serialının çəkiləcəyini anons etmişdir. Anime serialı Silver Link studiyası tərəfindən çəkilmişdir. Rejissoru Miray Minato, ssenaristləri Miçiko Yokote və Kento Şimoyama, personaj dizayneri Yuki Savayri, səs rejissoru Toşiki Kameyamadır. 5 yanvar 2017-ci ildən 23 mart 2017-ci ilə kimi Tokyo MX, KBS, SUN, AT-X və BS Fuji kanalları vasitəsilə yayımlanmışdır. Animenin hər seriyasından sonra "Honmono no Ojō-sama wa Dare da?! Ojō-sama Kakuzuke Check" adlı veriliş yayımlanmışdır 27 iyul 2018-ci ildə buraxılmış OVA seriyası manqadan sonrakı hekayədən bəhs edir.
Açılış mahnısı Ayaka Ohaşi tərəfindən ifa olunan , bağlanış mahnısı ChouCho tərəfindən ifa olunan "Elemental World" mahnısıdır. Funimation animeni Şimali Amerikada lisenziyalaşdırılmışdır.
Seriya siyahısı Azərbaycanca adıYaponca adı Yayım tarixi
Qəbul Birinci cildi qiymətləndirən tənqidçi Rebekka Silverman (Anime News Network) cildə B reytinqi vermiş və qisas komediyası ilə romantikanın kombinasiyasının "hələ də işlədiyini" qeyd etmişdir. Rebekka Yoşinonun ən maraqlı personaj olduğunu düşünmüş, lakin Masamunedən, xüsusilə onun "düşdüyü hər vəziyyətdən çıxmaq üçün düzgün bir şey fikirləşməli olmasından" zövq aldığını bildirmişdir. O, Akini "tamamilə iyrənc" adlandırmışdır. Rebekka sənətin diqqət çəkən olduğunu, lakin qadın rəsmlərinin anatomik cəhətdən düzgün olmadığını yazmışdır.
İstinadlar
Xarici keçidlər
Seven Seas Entertainment saytında.
Kateqoriya:2012-ci ilin manqaları Kateqoriya:2013-cü ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:2017-ci ilin anime serialları Kateqoriya:2018-ci ilin anime OVA-ları Kateqoriya:2018-ci ilin manqaları Kateqoriya:Şonen manqaları Kateqoriya:Qisas haqqında anime və manqalar Kateqoriya:Məktəb haqqında anime və manqalar Kateqoriya:Romantik komediya anime və manqaları Kateqoriya:Yaponiya sevgi romanları Kateqoriya:Yaponiya komediya romanları Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:Ichijinsha manqaları Kateqoriya:Ichijinsha Bunko Kateqoriya:Seven Seas Entertainment komiks başlıqları Kateqoriya:Funimation Kateqoriya:Silver Link Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:Uydurmada narsissizm Kateqoriya:Seynen manqaları