Krunk ( - durna) — Abxaziyada yaradılan erməni mədəni və xeyriyyə cəmiyyəti. Krunk Suxumi və şərqi Abxaziyada erməni maraqlarını təmsil edən əsas təşkilat idi.

Tarixi 1989-cu ildə Krunk hərəkatının fəalları Ermənistana səfər edib və Ermənistan dini lideri katolikos I Vazgen tərəfindən qəbul edilib. Siyasi partiyalar Erməni İnqilabi Federasiyası (Daşnaksütun) ilə əlaqələri yaradıb, öz növbəsində Daşnaksütun də strukturlarını qurmaq üçün Krunka dəstək verib. Məhz bundan sonra Krunk yaradılıb.

1990-cı il yanvarın 27-də təşkilat ilk təsis qurultayını keçirib. 1991-ci il fevralın 21-də Krunk Soyuz ictimai-siyasi təşkilatlar blokunun qurucu üzvü idi. 2004-cü il 15 apreldə, Krunk Ermənistan Mədəniyyət Mərkəzi və Maştots cəmiyyəti ilə birləşib, Abxaziya erməni cəmiyyətini yaratmışdır.

Abxaziyada Krunk erməni mədəni və xeyriyyə cəmiyyəti kimi sosial, hüquqi və digər ictimai sahələrdə erməni icmasına qarşı ayrı-seçkilik fonunda narazı cəmiyyət formalaşdırırdı. Seperatçı qrumun “xarici işlər naziri” Sergey Şamba da Krunkun fəaliyyətlərini, apardığı təbliğat platformasının gürcülərə qarşı yerli ermənilərdə əks düşüncələr yaratdığını bildirirdi:

Dağlıq Qarabağda fəaliyyəti Qarabağdakı Krunk təşkilatı məqsədini rəsmən regionun tarixi onun Ermənistan ilə əlagələrini öyrənmək, eləcə də, tarixi abidələri bərpa etmək olduğunu bəyan etsə də, əslində təşkilat silahlı dəstələr yaratmaq, kütləvi etirazlar və tətillər təşkil etmək ilə məşğul idi. Abxaziyada yaradılan Krunkun Qarabağla əlaqələrinə baxdıqda təşkilatlarda dil, mədəniyyət, ekologiya və tarixi məsələləri ilə əlaqədar idi. Qarabağdakı Krunkun ideoloji bölməsinin rəhbəri Xankəndi ipək fabrikinin partkokomu, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan idi.

Britaniyalı jurnalist və yazar Tomas de Vaal öz kitabında qeyd edir:

İstinadlar

Kateqoriya:Abxaziya Kateqoriya:Ermənistandakı siyasi partiyalar