Matu-Qrosu-du-Sul () — Braziliyanın cənub-qərbində yerləşən ştat. İnzibati mərkəzi Kampu-Qrandi şəhəridir.

Matu-Qrosu, Qoyas, Minas-Jerays, San-Paulu və Parana ştatları ilə sərhədlənir. Üstəlik qərbdən Paraqvay və Boliviya ilə sərhədə malikdir.

Adı Adının mənası portuqalcadan tərcümədə «Cənub seyrəkmeşəsi» anlamını daşıyır. Ştat ondan şimalda yerləşən Matu-Qrosu ştatının varisidir. Buda təsadüfü deyil ki, insanlar Matu-Qrosu və Matu-Qrosu-du-Sul adlarını səhv salırlar. Coğrafiya left|thumb|Pantanal. right|thumb Tropik iqlimə malikdir. Bununla belə olduqca rütubətlidir. Buradan Parana çayının çoxlu qolları axır. İqlim Matu-Qrosu-du-Sul rütubətli subtropik iqlimə malikdir. İllik yağıntınln miqdarı 1500 mm-dir. Yanvar ən isti aydır. Bu zaman maksimal temperatur 34 °C, minimal isə 24 °C təşkil edir. İyul ayında maksimal temperatur 24 °C, minimal isə 15 °C olur. İl ərzidə günəşli hava müşahidə edilir.

Tarixi Matu-Qrosu-du-Sul 1977-ci ildə Matu-Qrosudan ayrılmaqla təşkil edilmişdir. Bunun təstiqlənməsi məqsədilə iki il tələb olunmuşdur (1 yanvar 1979).

Əhali thumb|right|Кампу-Гранде. 2008 ilə olan məlumata görə ştat ərazisində 2 372 000 nəfər yaşayır. Əhalinin sıxlığı 6,4 nəf./km² təşkil edir. Urbaniyasiya səviyyəsi 84,7 %-dir.

İnzibati bölgü İnzibati cəhətdən ştat 4 mezoregiona və 11 mikroregiona bölünür. İqtisadiyyat İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edirIBGE. Contas Regionais do Brasil — 2005—2009 : Tabela 8 — Produto Interno Bruto, população residente e Produto Interno Bruto per capita, segundo as Grandes Regiões e as Unidades da Federação — 2009 (página 27) .

İnfrastruktur thumb|right|Beynəlxalq aeroport Kampu-Qrande.

Nəqliyyat thumb|right|BR-267 yolu. BR-060 BR-158 BR-163 BR-267 BR-262 BR-359 BR-454 BR-419 BR-487

Təhsil thumb|right Portuqal dili rəsmi dildir və tədris müəsisələrində əsas dil kimi istifadə edilir. Məktəblərdə ingilis və ispan dili belə təsadüf edilir.

Təhsil müəsisələri Matu-Qrosu-du-Sul Federal Universiteti (UFMS); Matu-Qrosu-du-Sul ştat Universiteti (UEMS); da Qrande Doradus Universiteti (UFGD); Koma Bosko Katolik Universiteti (UCDB); Dövlət inkişafı və Pantanal vilayəti Universiteti (Uniderp).

Bayraq Ştatın bayrağı Mauro Maykl Мunxoz tərəfindən təşkil edilmişdir. Bayraqda olan ağ rəng ümüdə, yaşıl zəngin floraya, mavi böyük səmaya, sarı ulduz isə düzən, güc və sükut anlamını verir.

İstinadlar

Kateqoriya:Matu-Qrosu-du-Sul Kateqoriya:1979-cu ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1977-ci ildə yaranmış dövlətlər və ərazilər