Nevill Çemberlen (; ) — ingilis dövlət xadimi, Mühafizəkarlar Partiyası lideri, 1937–1940-cı illərdə Böyük Britaniyanın 60-cı baş naziri.

Həyat və fəaliyyəti Artur Nevill Çemberlen 18 mart 1869-cu ildə Birminhemdə anadan olmuşdur. 1918-ci ildən parlament deputatı, 1930–1931-ci illərdə Mühafizəkarlar partiyasının sədri, 1937–1940-cı illərdə isə Böyük Britaniyanın baş naziri olmuşdur. Faşist təcavüzünü SSRİ-yə qarşı yönəltmək məqsədilə Çemberlen hökuməti Hitler Almaniyasına bir sıra güzəştlərə getmiş, Moskva danışıqlarına (1939) baxmayaraq Almaniya ilə gizli sövdələşməyə cəhd göstərmişdir. Lakin Çemberlen hökumətinin bu siyasəti boşa çıxdıqdan sonra Böyük Britaniya əlverişsiz bir şəraitdə İkinci dünya müharibəsinə qoşulmuşdu. 1940-cı il, mayın 10-da istefa verməyə məcbur olmuş və elə həmin ilin noyabrın 9-da vəfat etmişdir.

Ədəbiyyat

Kelly, Bernard. (2009) "Drifting Towards War: The British Chiefs of Staff, the USSR and the Winter War, November 1939–March 1940," Contemporary British History, (2009) 23:3 pp. 267–91,

Loades, David, ed. Reader's Guide to British History (2003) 1: 244–45; historiography

Redihan, Erin. "Neville Chamberlain and Norway: The Trouble with 'A Man of Peace' in a Time of War." New England Journal of History (2013) 69#1/2 pp. 1–18.

İstinadlar

Kateqoriya:Birləşmiş Krallıq baş nazirləri Kateqoriya:İngiltərədə xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Kolorektal xərçəngdən ölənlər Kateqoriya:Birləşmiş Krallıq Mühafizəkarlar Partiyası siyasətçiləri Kateqoriya:Britaniya imperiyası İkinci Dünya müharibəsində Kateqoriya:Nevill Çemberlen Kateqoriya:İkinci Dünya müharibəsinin dövlət başçıları