Demokratik İslahatlar Partiyası və ya qısaca DİP — Asim Mollazadə tərəfindən qurulan və 2005-ci il avqustun 12-də dövlət qeydiyyatına alınan siyasi partiya. 2005–2019-cu illərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (ADİSP) adlanmışdır. DİP 2005-ci ildən Milli Məclisdə təmsil olunur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Demokratik İslahatlar Partiyasının üzvlərinin 68%-i kişi, 32%-i isə qadın olmuşdur.

Tarixi 2000–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Milli Məclisdə təmsil edən, 1995-ci ildən isə AXCP sədrinin müavini olan Asim Mollazadənin 2005-ci ildə AXCP-dən istefa verməsindən sonra o, 2005-ci il iyunun 5-də Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİSP) qurduğunu bildirdi. Həmin gün baş tutan I Qurultayda Asim Mollazadə ADİSP sədri seçildi. Keçmiş AXCP üzvləri tərəfindən qurulan ADİSP 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.

ADİSP 2005-ci il noyabrın 7-də baş tutan parlament seçkilərində on dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və Milli Məclisə seçildi.

ADİSP 2010-cu il noyabrın 6-da baş tutan parlament seçkilərində dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və növbəti dəfə Milli Məclisə seçildi. ADİSP həmin seçkilərdə 5 555 səs (0.24%) topladı.

ADİSP 2015-ci il noyabrın 1-də baş tutan Parlament seçkilərində on üç namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və üçüncü dəfə Milli Məclisə seçildi. ADİSP həmin seçimlərdə 21 044 səs (0.74 %) topladı.

2019-cu il noyabrın 10-də ADİSP VI Qurultayı baş tutdu. Qurultayda partiyanın adı Demokratik İslahatlar Partiyası olaraq dəyişdirildi. Qurultayda Asim Mollazadə altıncı dəfə üç il müddətinə DİP sədri seçildi.

DİP 2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində üç namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və dördüncü dəfə Milli Məclisə seçildi. DİP həmin seçkilərdə 5 533 səs topladı.

Rəhbərlik Demokratik İslahatlar Partiyasının (DİP) sədrdən və 8 nəfər üzvdən ibarət olan Siyasi Şurası mövcuddur. SıraVəzifəVəzifəli1.Partiya sədriAsim Mollazadə2.Siyasi Şura üzvüAygün Bünyadzadə3.Siyasi Şura üzvüGülnarə Məmmədova4.Siyasi Şura üzvüİlkin Həsənov5.Siyasi Şura üzvüOrxan Nəbiyev6.Siyasi Şura üzvüMərdan Əfəndiyev7.Siyasi Şura üzvüNazim Abdullayev8.Siyasi Şura üzvüÜlkər Abdullayeva9.Siyasi Şura üzvüRövşən Nəcəfov

Qurultaylar +QurultayTarixiSeçilən sədrNamizədlərI Qurultay5 iyun 2005Asim MollazadəAsim MollazadəII Qurultay20 iyul 2008III Qurultay10 sentyabr 2011IV Qurultay15 iyun 2013V Qurultay1 yanvar 2016VI Qurultay10 noyabr 2019VII Qurultay2 dekabr 2023

Seçkilərdə

Parlament seçkiləri SeçkiSədrMajoritarSəs%Mandat2005100pxAsim Mollazadə 2010 5 555 0.222015 21 044 0.742020 5 533 2024

Bələdiyyə seçkiləri Seçki Sədr Səs Yer # % ± 2009 Asim Mollazadə 2014 2019

Ara bələdiyyə seçkiləri Seçki Sədr Səs Bələdiyyə üzvü # % 2006 Asim Mollazadə 2011

Maddi-texniki baza Demokratik İslahatlar Partiyasının qərargahı Yasamal rayonu Ə. Hüseynzadə 64/1 ünvanında yerləşir.

Həmçinin bax

Azərbaycan Demokratik Maarifçilik Partiyası Azərbaycan Sosial Rifah Partiyası

İstinadlar

Kateqoriya:Azərbaycandakı siyasi partiyalar Kateqoriya:2005-ci ildə yaranan siyasi partiyalar Kateqoriya:Azərbaycandakı liberal partiyalar