Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?, Yaponiyada tanınan adı ilə və ya qısaca — Suzuhito Yasudanın rəssamlığı ilə Fucino Omori tərəfindən yazılmış ranobe seriyası. SB Creative 2013-cü ilin yanvarında GA Bunko imprinti altında 21 cildini buraxmışdır. Ranobe seriyası əsasında 1 spin-off ranobesi və 2 manqa adaptasiyası buraxılmışdır. "J.C.Staff" studiyası tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası 2015-ci ildə yayımlanmağa başlamış və 5 mövsümü buraxılmışdır. 2019-cu ildə anime filmi buraxılmışdır.

"Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Sword Oratoria" spin-off ranobesi 2014-cü ilin yanvarında, "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Familia Chronicle!" (Nilitsunun rəssamlığı ilə) adlı spin-off ranobesi 2017-ci ilin martında nəşr olunmağa başlamışdır. Hər iki ranobe manqa adaptasiyası əldə etmişdir.

Məzmun

Dünya Hadisələr Orario adlı uydurma ölkədə baş verir. Bu ölkənin ən məşhur yeri Babil qülləsinin altında yerləşən kompleks labirintlər sistemi – . Zindanda əjdaha, qobil, minotavr, ork və s. kimi müxtəlif təhlükəli fentezi bədheybətləri yaşayır. Zindanın məlum olan ən aşağı mərtəbəsi 59-cu mərtəbədir. Macəraçılar Zindana enərək bu bədheybətlərlə döyüşüb onları məğlub edərək kristallarını götürürlər və kristalları pulla dəyişə bilirlər. Orario əhalisi adlandırılan qruplara qoşularaq macəraçı kimi Zindana enə bilir. Hər bir ailə öz ilahının şərəfinə adlandırılmış və həmin ilaha qulluq edir. Rol oynama oyunlarına çox bənzər şəkildə macəraçılar səviyyələrə bölünürlər. Macəraçılar daha yaxşı pul qazanmaq üçün səviyyələrini və bacarıqlarını yüksəldirlər. Orarionun pul vahidi valisdir. Birinci səviyyə macəraçı gündə 25000 valis pul qazana bilər.

Hekayə

Hadisələrin əsas diqqət mərkəzində Hestiya adlı ilahə ilə birlikdə yaşayan və onun üçün fəaliyyət göstərən 14 yaşlı yeni macəraçı Bell Kraneldir. Bell birinci səviyyə macəraçıdır və elə də güclü deyil. Özünü inkişaf etdirmək məqsədilə hər gün zindana enir. Lakin bir gün Bell zindanda güclü minotavrın hücuma məruz qalır və Orario əhalisi arasında Qılınc şahzadəsi ləqəbi ilə tanınan Ayz Valenştayn tərəfindən xilas olunur. Bell ona görər-görməz aşiq olur. Lakin altıncı səviyyə olan və zindanın 37-ci mərtəbəsinə təkbaşına enən Ayzın onun kimi zəif macəraçıya maraq göstərməyəcəyindən narahat olur. Buna görə Bell daha sürətlə güclənib Ayza heç olmasa bir az yaxınlaşmaq qərarına gəlir.

Media

Ranobe Fucino Omori ranobe seriyasını "Familia Myth" adı altında 4-cü GA Bunko mükafatına təqdim etmişdir. Əsəri baş mükafatı qazanmış və əsərinin nəşr olunması üçün təklif edilmişdir. İlk ranobe cildi 15 yanvar 2013-cü ildə SB Creative nəşriyyatı tərəfindən GA Bunko imprinti altında nəşr olunmuşdur. 11 oktyabr 2025-cü ilə kimi ranobe seriyasının 21 cildi buraxılmışdır. Ranobenin 1,5 milyon nüsxəsi nəşr olunmuşdur. Yen Press ranobeni Şimali Amerika üçün lisenziyalaşdırmış və ilk cildi Yen On imprinti altında 2014-cü ilin dekabrında buraxmışdır. Ranobe 2004-cü ildə Takarajimasha nəşriyyatının "Kono Light Novel ga Sugoi!" illik ranobe təlimat kitabçasında 4-cü yerdə göstərilmişdir.

Cild siyahısı

Manqa Kuniedanın rəssamlığı ilə istehsal olunan manqa adaptasiyası 2 avqust 2013-cü ildən Square Enix nəşriyyatının "Young Gangan" seynen manqası jurnalında nəşr olunur. İndiyə qədər 10 tankobon cildi buraxılmışdır. Yen Press New York Comic Con tədbirində bu manqanı Şimali Amerikada nəşr edəcəyini açıqlamışdır.

Masaya Takamura tərəfindən hazırlanan adlı yonkoma seriyası 14 avqust 2014-cü ildən Square Enix nəşriyyatının "Gangan Online" onlayn jurnalında yayımlanır.

Cild siyahısı Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?

Anime J.C.Staff studiyası tərəfindən çəkilən anime serialı adaptasiyası 2 aprel 2015-ci ildə göstərilməyə başlamışdır. Animenin açılış mahnısı Yuka İquçi tərəfindən ifa olunan "Hey World" mahnısı, bağlanış mahnısı isə Kanon Vakeşima tərəfindən ifa olunan "RIGHT LIGHT RISE" mahnısıdır. Crunchyroll animeni bütün dünyada yayımlamışdır. Sentai Filmworks animeni ingilis dilinə dublaj edərək Şimali Amerikada buraxmışdır. 7 dekabr 2016-cı ildə OVA seriyası buraxılmışdır.

"Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Sword Oratoria" spin-off ranobe seriyası əsasında anime serialı adaptasiyası çəkilmişdir. Animenin 2017-ci ilin aprelində yayımlanmışdır.

Seriya siyahısı № Başlıq Rejissor Ssenarist Yayım tarixi

Qəbul Ranobe seriyası 2015-ci ildə 1.220.217 nüsxə sataraq ən yaxşı satan ranobe seriyası olmuşdur. 2016-cı ilin birinci yarısında isə satdığı 210.762 nüsxə ilə ən yaxşı satan 13-cü ranobedir.

"Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Sword Oratoria" spin-off ranobesinin birinci cildini dəyərləndirən Anime News Network tənqidçisi Teron Martin Ayzı əla tanıtdığından və yeni hekayə elementləri təqdim etdiyindən ranobeni bəyənmiş, lakin yazı stilindəki nöqsanlara və Ayzın arxaplanı arxasında az dayandığına görə tənqid etmişdir.

İstinadlar

Xarici keçidlər

Yen Press-də

Kateqoriya:2013-cü ilin Yaponiya romanları Kateqoriya:2013-cü ilin manqaları Kateqoriya:2014-cü ilin manqaları Kateqoriya:2015-ci ilin anime serialları Kateqoriya:Ranobelər Kateqoriya:Yaponiya macəra romanları Kateqoriya:Yaponiya fentezi romanları Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Macəra anime və manqaları Kateqoriya:Seynen manqaları Kateqoriya:GA Bunko Kateqoriya:Square Enix manqaları Kateqoriya:Gangan Comics manqaları Kateqoriya:Yen Press komiks başlıqları Kateqoriya:J.C.Staff Kateqoriya:Sentai Filmworks Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Yonkoma Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Ranobelərə əsaslanan televiziya verilişləri Kateqoriya:Populyar mədəniyyətdə mifologiya Kateqoriya:Yaponiya veb-komiksləri Kateqoriya:Çap olunmuş veb-komikslər Kateqoriya:Muse Communication Kateqoriya:Komediya anime və manqaları Kateqoriya:Romantik anime və manqalar Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Mediafranşizalar Kateqoriya:Anime filmləri Kateqoriya:Square Enix franşizaları