Zakir Nəcəfov (tam adı: Zakir Məcid oğlu Nəcəfov) — alim, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitunun baş elmi işçisi, AMEA İqtisad İnstitunun elmlər doktoru, AMEA Mərkəzi-Təftiş şöbəsinin rəisi (1994–1999), AMEA-nın Maliyyə-iqtisad şöbəsinin rəisi, Milli Aviasiya Akademiyasının iqtisad və mühasibat idarəsinin rəisi (2013-cü ildən).. https://naa.az/?page_id=78642" Milli Aviasiya Akademiyası Bir sıra dövlət mükafatlarına və medallara layiq görülüb.

Haqqında Zakir Nəcəfov 1951-ci il aprel ayının 1-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 1967-ci ildə Ağstafa şəhər 1 saylı orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Neft və Sənaye İnstitutunun (indiki ADNA) mühəndis-iqtisad fakültəsinə daxil olmuşdur. 1972-ci ildə həmin İnstitutu bitirmişdir.Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017.

Əmək fəaliyyətinə 1972-ci ildə "Sumqayıtkimyasənaye" istehsal birliyinin mərkəzi mühasibatlığında iqtisadçı kimi başlamışdır.

1973-cü ildən Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun İqtisadi Tədqiqatlar laboratoriyasında böyük mühəndisdir vəzifəsində çalışmışdır. 1976-cı ildə istehsalatdan ayrılmamaqla həmin İnstitutunun aspiranturasına daxil olmuşdur.

1986-cı ildə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.

1986–1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun İqtisadi Tədqiqatlar laboratoriyasında elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır.

1990-cı ildə "Azərməişəttexnologiya" elmi-isteshsalat birliyinin iqtisadi şöbəsinin rəisi-elmi katib olmuşdur. 1991-ci ildən həmin birliyin nəzdində "Ekstra" elmi-tədqiqat və istehsalat dövlət müəssisəsində direktor, 1992-ci ildən Elmi-istehsalat birliyinin baş direktor müavini vəzifəsində çalışmışdır.

1993-cü ildə Kiyev "Masma" Eib-nin "masma-servis" dövlət müəssisəsinin Bakı filialının direktoru olmuşdur.

AMEA Mərkəzi-Təftiş şöbəsinin rəisi (1994–1999), 1999-cu ildən maliyyə-plan şöbəsinin rəis müavini, AMEA-nın Maliyyə-iqtisad şöbəsinin rəisi (2001–2013) vəzifələrində çalışmışdır. 2011-ci ildə dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi almışdır.

Milli Aviasiya Akademiyasının iqtisad və mühasibat idarəsinin rəisi vəzifəsində çalışır (2013-cü ildən).

Bir sıra dövlət mükafatlarına və medallara layiq görülüb. 14 dekabr 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Çoxsaylı elmi məqalələrin və 5 dərsliyin müəllifidir. Respublika və Beynəlxalq miqyaslı elmi konfransların iştirakçısıdır.

Ailəsi Aslanbəyli kəndinin Nəcəflilər soyundandır. Qaçaq Kərəmin babası (ata tərəfdən babası) Molla Zalın qardaşlarından Qaçaq Nəcəfin kötükəsidir.

İstinadlar

Kateqoriya:1951-ci ildə doğulanlar Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Azərbaycanlı iqtisadçılar Kateqoriya:Elmlər doktorları Kateqoriya:İqtisad elmləri doktorları Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Qazaxda doğulanlar Kateqoriya:Azərbaycan Milli Aviasiya Akademiyasının müəllimləri Kateqoriya:Nəcəflilər