thumb|right|250px|Kliper marşrutu. Məhz bu yolla gəmilər İngiltərə və Avstraliya arasında hərəkət edirdilər.

Uğuldayan qırxlar () — Yerin Cənub yarımkürəsində, 40°-cı və 50°-ci enlik arasında qalan okean ərazisinə dənizçilərin verdiyi ad. Məhz bu bölgədə güclü və daima Qərb küləkləri əsir. Çox zaman dəhşətli tufanlara səbəb olur.

Ərazidə quru hissələrinin az olması nəticəsində küləklər heç bir zəiflədici təsirə məruz qalmır və Hind okeanının cənubunda daha dağıdıcı gücə malik olurlar.. Uğuldayan qırxlar enliyi üzrə Yeri Antarktik sirkumpolyar cərəyanı dövrələyir.

Uğuldayan qırxlar küləkləri Kliper (Clipper route ) marşrutunda önəmli rol oynamış. Bu küləklər haqqında ilk məlumatı 1611-ci ildə holland dənizçisi Hendrik Brauver vermişdir. O göstərmişdir ki, bu yolla daha tez Hind okeanının keçərək Cakartaya çatmaq olarHenderik Brouwer — knowledgerush.com. Hollandiyanın Ost-Hind kompaniyası sonralar bu marşrutu onun şərəfinə «Brauver marşrutu» adlandırmış.

Mənbələr Ревущие, неистовые, безымянные…

İstinadlar

Kateqoriya:Küləklər Kateqoriya:Subantarktika Kateqoriya:İngilis dilində ifadələr Kateqoriya:Paralellər