Sundarban — Hindistan ilə Banqladeşin sərhədində yerləşən dünyanın ən böyük manqrov meşəsidir. Adı, Benqal dilində gözəl meşə mənasını verən meşənin Hindistandakı hissəsi milli park elan edilmişdir.
Sundarban meşəsi Qanq çayının dənizə töküldüyü yerdə yerləşir. Qanq çayı burada delta əmələ gətirmişdir. Bu səbəblə bu bölgədə çoxlu sayda xırda ada və bataqlıq əmələ gəlmişdir. Bölgədə dəniz suyunun duzlu olması ilə əlaqəli burada duzlu su heyvanlarına rast gəlmək mümkündür.
Etimologiya Sundarman sözü benqal dilində "Gözəl meşə" mənasını verir ( Shundôr "gözəl" və BON "meşə"). Bəzi mənbələrdə meşənin adı Shomudrobôn ( "Dəniz Meşəsi") və ya Chandra-bandhe (qədim bir qəbilə adı) mənası verdiyi düşünülür.
Sundarban Milli Parkı Sundarban Milli Parkı 1973 ilində Sundarban meşəsində Benqal pələngini qorumaq məqsədi ilə qoruq olması qərara gəlinmiş sonra 4 may 1984-də isə Milli Park elan edilmişdir. Sundarban meşəsi həmçinin 1997-də Ümumdünya irsi siyahısına daxil edilmişdir. Flora və fauna Sundarbanın əvəz olunmaz təbiəti vardır. Dünyanın ən böyük manqrov meşələrindən biri olan Sundarbanda ümumi 245 cins və 334 bitki növü qeydə alınmışdır.Sundari ağacı (Heritiera littoralis) bu bölgədə çox yayıldığı üçün adını buradan almışdır.
Benqal pələnginin (Panthera tigris tigris) əsas yaşadığı bölgədir. Benqal pələngi ilə yanaşı burada müxtəlif quş növləri, ceyranlar, timsahlar, meymunlar ve piton ilanları, su tısbağaları ve kərtənkələlər yaşayır.
Əvvəllər bu bölgədə camış, kərgədan ve ceyran olmasına baxmayaraq indi onların nəsli kəsilmişdir. Bu səbəblə burada yaşayan pələnglər tez-tez öz meşələrindən ayrılıb insanlara hücum edirlər. İldə təxmini 1 və 50 arası insan ölümü müşahidə olunur.
Son illərdə Benqal pələnginin nəsli kəsilmə təhlükəsi yaramışdır. Banqladeş və Hindistan hökuməti 2011-ci və 2015-ci illərdə Sundarbanda təxmini 180 pələngin olduğunu bildirdi. Beləliklə Hindistana 106 pələng, Banqladeşə isə 74 pələng düşür.
Şəkillər
İstinadlar
Xarici keçidlər World Heritage Site Tiger Conservation Project on Sundarbans Tigers Sundarban Official Citation at World Heritage website Another Sundarban Fact file The Sundarban of Bangladesh: A Rich Biodiversity of the World's Largest Mangrove Ecosystem Sundarban, Biosphere Reserve Information, UNESCO Sinking Sundarbans – Climate voices Greenpeace photo-essay RESEARCH ON WATER MANAGEMENT AND CONTROL IN THE SUNDERBANS, WEST BENGAL, INDIA Research on agricultural water management in the Sunderbans Finfishes of Sundarbans Sundarban Tour Details Nasa images: set 01
Kateqoriya:Meşələr Kateqoriya:Hindistan meşələri Kateqoriya:Banqladeş meşələri Kateqoriya:Banqladeşdəki ümumdünya irsi Kateqoriya:Asiya regionları Kateqoriya:Banqladeş coğrafiyası Kateqoriya:Hindistan regionları Kateqoriya:Hindistandakı ümumdünya irsi Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri