İlisu — Azərbaycan Respublikasının Qax rayonunun İlisu kənd inzibati ərazi dairəsində kənd.III. Azərbaycanın digər rayon və şəhərləri. — Qax rayonu, səhifə 110. // İnzibati-ərazi vahidləri. Bakı: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, 2008, 256 səhifə Kənd bir yaşayış məskəni kimi XIII əsrdə yaranmışdır. Ərazidə ilk məskunlaşanlar İlisudan 3 km-lik bir məsafədə vaxtilə mövcud olmuş indi isə Kəndtala (Orta Könə) adlandırılan ərazidə yaşayan insanlar olmuşlar. Daha sonra həm yerli azərbaycanlıların və Dağıstanın Saxur rayonundan köçüb gəlmiş saxurların yerləşməsi nəticəsində formalaşmışdır.İ, səh. 257. // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Tərtibçilər: Rübabə Əliyeva, Qara Məşədiyev, Etibar İnanc, Tünzalə Baxşıyeva və Şəms Qocayeva; Redaktor: Rübabə Əliyeva; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Bakı: "Şərq–Qərb" nəşriyyatı, 2007, 304 səh. ISBN 978-9952-34-155-3İlisu (ensiklopedik məlumat kitabı). İkinci nəşr. Tərtibçi: S. N. Murtuzayev; H. M. Fərzullayev. Bakı: "Vətən" nəşriyyatı, 2012, səh. 3, 9, 43, 10, 43, 34–36, 10, 175, 101, 99, 323, 356, 381.Летифова Э. М. Северо-западный Азербайджан: Илисуйское султанство. Баку: Издательство «Алтай», 1999, с. 28–31, 15, 93, 30 Yaşayış məntəqəsi buradakı İlisu bulaqlarının adı ilə adlandırılmışdır. Toponim qıpçaq sözü olan ili (isti) və su sözlərindən düzəlib, "isti su" deməkdir. Türk dillərində "ilisu" həm də "yel suyu" mənasındadır.

Kürmük çayının sahilində, Baş Qafqaz silsiləsinin cənub yamacında, Kürmükçay və Ağçayın (Hamamçay) kəsişdiyi yerdə, dörd tərəfdən dağlarla əhatə olunmuş bir çay terrasında yerləşir. Kəndin nadir flora və faunaya malik olmasını nəzərə alaraq, Azərbaycan hökuməti İlisu Dövlət Təbiət Qoruğunun yaradılması haqqında qərar qəbul etmiş (20 fevral, 1987-ci il, № 57), sonra qoruğun sahəsi Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə daha da genişləndirilmişdir (31 mart, 2003-cü il, № 48). Kəndin şöhrəti bir sıra amillərlə bağlıdır: füsunkar təbiətə malik olması; kənd əhalisinin qədim türk-oğuz dialektinə məxsus olması; 300 ilə yaxın bir dövrü əhatə edən "İlisu soltanlığının" mərkəzi olması; ən qədim dünyəvi və dini elm-təhsil ocaqları ilə tanınması; bütün dünyaya səpələnmiş alimləri, ictimai-siyasi, mədəniyyət və s. xadimləri ilə.

Adının mənası thumbnail|right||Kürmükçay dərəsindən İlisunun görünüşü.

"İlisu" toponiminin etimologiyası haqqında müxtəlif fikirlər mövcuddur. İlisu "ili" və "su" sözlərindən meyadana gəlmiş bir hidronimdir. Daha çox bu adı "Ulusu" , "İlıqsu" adları ilə müqayisə edirlər. Qədim türk dilində "su" sözü "sub" və "suv" formasında işlədilirdi, "suv" şəklində işlədilərkən söz iki məna daşıyırdı: 1) çay. 2) su.Словарь. — S, стр. 512–515. // Древнетюркский словарь. Редакторы: В. М. Наделяев, Д. М. Насилов, Э. Р. Тенишев и А. М. Щербак; Академия Наук СССР Институт Языкознания. Ленинград: Издательство "Наука" Ленинградское отделение, 1969, XXXVIII+678 стр.

Ulusu İlisu kəndi ərazisində kökündə "Ulu" sözü olan çoxlu toponimlər var. Məsələn: Ulu baş, Ulu körpü, Ulu məscid, Ulu dağ. Bu toponimlərdə "Ulu" sözü "qədim, ata, böyük, müqəddəs, daima" mənalarında ifadə olunur. Qədim türk mifologiyasında yaradıcı tanrının adı Ulu Atadır. Bundan başqa D. E. Zubarev də bu adı türk mənşəli "Ulu" sözə ilə əlaqələndirmişdir.Зубарев Д. Поездка в Кахетию, Тушетию, Пшавию, Хевсурию и Джаро-Белоканскую область // Русский вестник. 1841. — С. 556

İli-su Qədim türk abidələrindəki bir sıra faktlar İlisu toponiminin birinci komponentini təşkil edən "ili" sözünün buradakı məna və mənşəyi haqqında da fikir söyləməyə imkan verir. "Qutadqu-bilik" və Mahmud Qaşqarlının "Divanü Lüğat-it-Türk"də "İli" feli vardır ki, mənası aşağı düşmək, yuxarıdan aşağı enməkdir. Qədim "il" feli yuxarıdan aşağıya doğru olan hərəkət məfhumu ilə bağlıdır. İlisu toponiminin tərkibindəki "ili" komponenti "il" və "i" sözdüzəldici şəkilçidən ibarət olan atributiv mənalı feli addır ki, məzmunu təxminən yuxarıdan aşağı düşən (enən) deməkdir. Maraqlıdır ki, Azərbaycan dilinin Qazax dialektində qabaq, ön tərəf mənasında iley sözü işlənir.İlisu (ensiklopedik məlumat kitabı). İkinci nəşr. Tərtibçi: S. N. Murtuzayev; H. M. Fərzullayev. Bakı: "Vətən" nəşriyyatı, 2012, səh. 3, 9, 43, 10, 43, 34–36, 10, 175, 101, 99, 323, 356, 381. Maraqlı faktalardan biri də bu toponimin 1060-cı ildə qeydə alınmasıdır. Akademik Ziya Bünyadovun ərəb dilindən rus dilinə tərcümə olunmuş səlcuqların tarixinə aid əsərində "İlisu" toponimi müasir dilimizdə işlənən formada göstərilir.

İliq su Ehtimal olan variantlardan biri də toponimin qıpçaq sözü olan ili(isti) və su sözlərindən düzəlib, "isti su" mənasını daşımasıdır. İlisu kəndi yaxınlığında suyun temperaturu 40 °C olan bir neçə bulaq var.İ, səh. 257. // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Tərtibçilər: Rübabə Əliyeva, Qara Məşədiyev, Etibar İnanc, Tünzalə Baxşıyeva və Şəms Qocayeva; Redaktor: Rübabə Əliyeva; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Bakı: "Şərq–Qərb" nəşriyyatı, 2007, 304 səh. ISBN 978-9952-34-155-3Атлас Азербайджанской Советской Социалистической Республики. Академия Наук Азербайджанской ССР, Институт Географии. Баку — Москва: Главное Управление Геодезии и Картографии Государственного Геологического Комитета СССР, 1963, стр. 38–39, 62–63, 77.

İyli-su Bu ərazidə mövcud olan mineral bulaqlar kimyəvi tərkibinə görə hidrokarbonatlı, suda müşahidə edilən təbii qaz isə hidrogen sulfidlidir. Suda müşahidə olunan spesifik iyə görə ərazinin bu formada adlanması ehtimalı meydana çıxır.Фон-Плотто А. Природа и люди Закатальского округа // Сборник сведений о кавказских горцах (ССКГ). Тифлис, 1869. Вып. IV.s.11

Elli-su Çox az ehtimal olunan variantlardan biri İlisu adının "Elli su" (Əlli su) mənası daşımasıdır. Ərazinin çay şəbəkəsinin yetərincə sıx olmasını nəzərə alaraq E.Veydenbaum və İ.Petruşevski öz əsərlərində kəndin adını türk (tatar) mənşəli "Elli-su" (50 su) kimi tərcümə etmişdilər.Летифова Э. М. Северо-западный Азербайджан: Илисуйское султанство. Баку: Издательство «Алтай», 1999, с. 28–31, 15, 93, 30Путеводитель по Кавказу. По порученiю генераль–адъютанта князя Дондукова–Корсакова, Главноначальствующаго гражданскою частью на Кавказѣ, составиль Е. Вейденбаумь. Сь 12 рисунками и дорожною картою. Тифлись: Типографія Канцеляріи Главноначальствующаго гражданскою частію на Кавказѣ, 1888, стр. 392.

Bunda başqa, İlisu toponiminin "İli" hissəsi Orta Asiyada olan İli çayı ilə bağlı ola bilər və həm də diqqət çəkən bir məqam odur ki, bu çayla paralel digər bir çay var: Çu çayı.N.Nəbiyev. Coğrafi adlar. B. Azərnəşr. 1982.

Coğrafiyası left|thumb|Qoçyataq (Nohur) gölü. 3350 m. İlisu kəndi rayon mərkəzindən 12 km məsafədə, dəniz səviyyəsindən 1585 metr yüksəklikdə, orta dağlığın meşə qurşağı ilə yüksək dağlığın çəmənlik landşaftı sərhədində yerləşir. Kənddən 10 km şərqdə rayonun ən hündür zirvəsi Qaraqaya dağı yerləşir. Şimalda Kürmükçay dərəsi istiqamətində isə respublikamızın Rusiya ilə ən əlverişli və yüksəkliyi ən az olan Günaxay aşırımı (2657 m) yerləşir.Coğrafiya ensklopediyası. II cilddə. II cild. Tərtibatçı: Z. N. Eminov, Q. M. Səmədov; Elmi redaktor: R. M. Məmmədov. Bakı: "Çaşıoğlu — Multimedia", 2012, səh. 272 Yerləşdiyi ərazinin süxurları Yura dövrünə aid olunur. Adalar şəklində Təbaşir dövrünün suxurlarına da rast gəlinir. Kənddən şimal-şərqdə, Kürmükçay dərəsində uran yataqları mövcuddur. Həmçinin Hamamçayın yuxarı axarlarında təbii qaz yatağı var. İqlimi yerləşdiyi şəraitə uygun olaraq çox sərtdir. Demək olar ki, ərazidə bütünlüklə Qışı rütubətli keçən soyuq iqlim tipi hakimdir. Orta illik temperatur +2, +6 C° arasında dəyişir. Yağıntıların əsas hissə aprel-sentyabr ayları arası düşür(800 mm). İllik yağıntının miqdarı 1200–1400 mm-dir. Qarla örtülü günlərin sayı 120–160 gündür.В. Ə.Будагов. Азəpбajчан тəбиəти. Бакы. 1988. səh. 108–110

thumbnail|right|Hamamçay dərəsində maraqlı şəlalə

İlisu iki dağ çayı – Kürmükçay və Hamamçay çaylarının birləşdiyi yerdə yerləşir. Bu çayların dərələri çox dərindir, özləri isə iti axır. Hər iki çay Azərbaycanda ən çox sel hadisəsi müşahidə olunan çaylar sırasında öndədirlər. 1921-ci ildə Kürmükçaya sel nəticəsində 2200 mln.m³ materyal gətirilmişdir (Y. P. Konovalova görə). Qaraqaya yaxınlığında, 3350 m yüksəklikdə Qoçyataq (Nohur) gölü çox gözəl, füsunkar görünüşə malikdir. Göl Azərbaycanın ən yüksəkdə yerləşən göllərindən biridir. Ümumiyyətlə, bu ərazi kiçik, ancaq bol sulu dağ çayları ilə zəngindir. Bu çayların üzərində çoxlu şəlalələr var ki, gözəlliyi ilə hər kəsi cəlb edir. Ramramay, Şahverdi, Qoçyataq, Sutökülən şəlalələri hər il yüzlərcə turisti özünə cəlb edir. İlisuda qonur-dağ meşə torpaqları geniş yayılmışdır. İlisunu əhatə edən enliyarpaqlı dağ meşələrində daha çox palıd, vələs, fistıq, şabalıd, qoz ağacları üstünlük təşkil edir. Bundan başqa iynəyarpaqlı ağac növlərindən daha çox ardıc yayılmışdır. Daha yüksək qurşaqlarda isə subalp və alp çəmənlikləri üstünlük təşkil edir. Kəndin cənub hissəsində, Yezli dağında həm də Azərbaycan Respublikasında Babadağın şimal yamaclarından sonra ən yüksəkdə yerləşən meşə zolağı var. Meşə və dağlarda ayı, vaşaq, meşə pişiyi, dağ keçisi, cüyür, çöl donuzu və s. heyvanlar geniş yayılmışdır. Bu ərazidə 1987-ci ildə İlisu dövlət təbiət qoruğu yaradılmışdır. Qoruğ kəndin şimal-qərb hissəsini, Kürmükçayın sağ sahilini əhatə edir və hal hazırda sahəsi 17 min hektardır. 2003-cü ildə İlisu dövlət təbiət qoruğu ilə qonşu həm də Qax Dövlət Təbiət Yasaqlığıda yaradılmışdır.

thumbnail|left|Hamamçay üzərində tikilmiş müasir körpü.

Kənd yaxınlığında zəngin müalicə əhəmiyyətli təbii mineral sular mövcuddur. İlisunun mineral bulaqları tərkibcə hidrokarbonatlıdır. İlisu termal sularını ilk dəfə 1824-cü ildə iki nəfər alman alimi, daha sonra 1866-cı ildə K. A. Nikitin tədqiq edib. 1887-ci ildə isə Q. V. Struve tərəfindən onun kimyəvi tərkibi öyrənilib və məlum olub ki, bu sularda radon var. Əksər mineral bulaqların teperaturu 20 °C-dən yuxarıdır. Hamamçay mineral bulağının temperaturu 40 °C-dir. Populyarlığına və müalicəvi əhəmiyyətinə görə bu mineral su nəyin ki, rayonda həm də bütün respublikada məşhurdur. Bu su 2010-cu il də İlisu “Uludağ" Turizm və İstirahət Kompleksinə çəkilmişdir. Burda xüsusi radon vannaları var ki, bir çox xəstəliklərin müalicəsində tətbiq olunur. Bundan başqa, İlisuda Mohsu, Gözbulaq, Oğlanbulaq, Qızbulaq mineral suları da var. Hamamçay dərəsinin yuxarı axarlarında, yüksəklikdə böyük müalicəvi əhəmiyyətə malik olan palçıq-qeyzer mövcuddur. Yerli əhali həmin yeri müqəddəs hesab edirlər.

Keçmişdə Baş Qafqaz dağ silsiləsində Dağıstana gedən karvan yolları məhz buradan keçirdi.

İlisu turistlərin ən sevimli istirahət yerlərindən biridir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 26 mart 2002-ci il tarixli, 100 № li əmrinə əsasən İlisuda İlisu dövlət tarix-mədəniyyət qoruğu yaradılmışdır.

İlisu kəndinin bulaqları thumbnail|right|"Beşbulaq".

Ərazidə bir çox gözəl bulaqlar var. Onlardan daha məşhur olanı Beşbulaqdır. Azərbaycanın görkəmli şairi Əliağa Kürçaylı bu bulaq haqqında gözəl deyib: