Zeynəb Cavadlı — Azərbaycanın bədii gimnastı, beynəlxalq dərəcəli idman ustasıƏrəb şeyxi Azərbaycan qızı ilə evləndi - Əl-Maktum + Fotolar . qafqazinfo.az, 05.12.2016 .

Həyatı Əslən Naxçıvanlı olan Zeynəb Cavadlı 1991-ci ildə Bakıda anadan olmuşdur.

Karyerası O, 1999-2012-ci illərdə Azərbaycan bədii gimnastika yığmasının tərkibində çıxış etmişdir. 2012-ci ildə aldığı zədə səbəbindən idmançı kimi fəaliyyətini yekunlaşdıraraq, məşqçilik karyerasına başlamışdır.

Bir müddət Türkiyənin "İstanbul Genclik Spor Kulübü" və "Anabilim Jimnastik Kulübü"ndə çalışmış, 2013-cü ildən etibarən isə özünün gimnastika məktəbini açmışdır.

Ailəsi Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl-Məktuma ərə getmişdir. Onlar 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olmuş və elə həmin il də evlənmişlər. 2016-cı ilin iyun ayında isə onların qız övladı dünyaya gəlib. Körpəyə Səid Əl Məktumun nənəsi Sananın adı verilmişdir. Zeynəb Cavadlı Səid Əl-Məktumun sayca üçüncü həyat yoldaşıdır.

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan gimnastları Kateqoriya:Bədii gimnastika üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Bədii gimnastika üzrə Avropa Çempionatının medalçıları