Belsekseul () — Balxaş gölünün cənub-şərqində yerləşən qumlu vadi. Belsekseul vadisi Almatı vilayəti ərazisində, Tauqum massivi ərazisinə yaxın ərazidə yerləşir. Uzunluğu 40 km, eni isə 12 km təşkil edir. Hündürlüyü 340-500 metr arasında dəyişir. Ərazisi əsasən təpəliklərdən ibarətdir. Dyunların hündürlüyü 5-8 metr, bəzən isə 20–25 m təşkil edir. Bəzi hissələr şoranlıqlardan ibarətdir. Bitki örtüyü cuzqun, qum akasiyası, yovşan və digər bitkilər bitir. Mənbə Qazaxıstan milli eksiklopediyası. Belsekseul
Kateqoriya:Qazaxıstan səhraları