Emil Səlimov (; ) — Fransa azərbaycanlılarından olan rejissor. Fransanın dram müəllifləri və bəstəkarlar Cəmiyyətinin üzvü. Həyatı Səlimov Emil Ənvər oğlu 1956-cı ildə Bakıda dünyaya gəlib. Valideynləri ayrılıqdan sonra bir müddət Ukraynada yaşayıb. 1978-ci ildə Moskva Dövlət Mədəniyyət İnstitutunun rejissor fakültəsinə qəbul olub, Ənvər Behbudovun və Edqar Eqadzenin tələbəsi olub. Təhsil illərində mədəniyyət evlərində, park və stadionlarda pantomim və dram kompozisiyaları hazırlayır.
Fəaliyyəti Emil Səlimov təhsilini bitirdikdən sonra Paris şəhərində yaşayaraq fəaliyyətini davam etdirir. 1981-ci ildə E.Eqadze ilə birgə "Usaçyovkada" teatr-studiyasının yaradılmasında iştirak edib. 1983-cü ildə uşaqlar üçün "Nağıl" studiyasını yaradır.
1985-1986-cı illərdə Meyerxoldun yetirməsi olan Valentin Pluçekin Moskva Dövlət Akademik Satira Teatrının nəzdindəki emalatxanasına stajirovkaya dəvət edilir.
1986-cı ildə Gürcüstan Mədəniyyət Nazirliyinin dəvəti ilə Mesxişvili adına Kutaisi Dram Teatrında E.de Filipponun "Silindr" pyesini tamaşaya qoyur. 1987-ci ildə Moskvada "Köhnə şlyapa" adlı müstəqil peşəkar teatr yaradır. Bu teatrın truppası ilə SSRİ-də ilk dəfə E.İoneskonun "Keçəl müğənni qadın" və P. Vaysın "Marat-Sad" pyeslərini tamaşaya qoyur.
1994-cü ildə Parisdə "Parantez" teatr şirkətini təsis edir. 2000-ci ildən Fransanın dram müəllifləri və bəstəkarlar Cəmiyyətinin üzvü, 2018-ci ildən isə fəxri üzvüdür.
2000-2001-ci illərdə müstəqil səhnələşdirmə əsasında "Lüserner" teatrında F.Kafkanın "Proses" və "Amerika" əsərlərini tamaşaya qoyub. Metodunun təqdimatını keçirmək üçün 2009-cu və 2011-ci illərdə Dramatik Sənətlər Milli Dövlət Konservatoriyasına dəvət edilib. 2013-cü ildə bu metodu tədris edən özəl məktəbini açır. 40 il ərzində Emil Səlimov hazırladığı tamaşaların prodüseri, rejissoru, xoreoqrafı, dekoratoru, kostyumeri, aktyor sənəti, dramaturgiya nəzəriyyəsi, fransız və əcnəbi teatrın və opera sənətinin tarixini tədris edən pedaqoq, 20-dən çox pyes və adaptasiyanın müəllifi kimi fəaliyyət göstərir. 2010-cu ildə onun tərcümeyi-halı "Rus mühacirlərinin Fransası" ensiklopediyasına daxil edilir.
Tamaşaları və teatr deokarasiyaları Moskva "Usaçyovkada" teatr studiyası 1981-ci ildə "Qar Kraliçası" Yevgeni Şvarts 1981-ci ildə "Kəsişmələr arxasındakı dialoqlar" Aleksandr Volodin 1982-ci ildə "Silindr" Eduardo de Filippo "Nağıl" teatr studiyası 1983-cü ildə "Uzuncorab Peppi" Astrid Lindqren 1983-cü ildə "Dəfinələr adası" Robert Lyuis Stevenson 1984-cü ildə "Balaca şahzadə" Antuan de Sent-Ekzüperi 1984-cü ildə "Dünyanı şoka salan on gün" Jon Rid 1985-ci ildə "Sənətkarlar şəhəri" Tamara Qabbe 1985-ci ildə "Kraliça kartı" Aleksandr Puşkin
"Köhnə şlyapa" Moskva teatrı 1986-cı ildə "Qodonu gözləyərkən" Semyuel Bekket 1987-ci ildə "Keçəl müğənni qadın" Ejen İonesko 1988-ci ildə "Marat-Sad" Peter Vays Gürcüstan 1986-cı ildə "Silindr" Eduardo de Filippo (Gürcüstan Mədəniyyət Nazirliyinin dəvəti ilə Mesxişvili adına Kutaisi Dram Teatrında) Paris 1993-cü ildə "Yarımağıl Jurden" Mixail Bulqakov "Qızıl əl" teatrında Parisdəki Rus mədəniyyət mərkəzi 1993-cü ildə "İt ürəyi" Mixail Bulqakov 1994-cü ildə "Təklif" Anton Çexov 1994-cü ildə "Yubiley" Anton Çexov "Qızıl əl" teatrı 1995-ci ildə "Sehirbaz uzunboylu idi" Daniil Xarmsın əsərləri əsasında hazırlanmış Emil Səlimovun bir pyesi idi. 1996-cı ildə "Dekameron" Covanni Bokkaçço Qızıl əl teatrında Emil Səlimov adına məktəb 1997-ci ildə "Dekameron" Covanni Bokkaçço Paris Dram Sənətinin Mərkəzi Lüserner teatrı 1999-cu ildə "Oyunçular" Nikolay Qoqol 2000-ci ildə "Proses" Frans Kafka 2001/2002-ci ildə "Amerika" Frans Kafka Digər teatrlar 2004-cü ildə "Kosovo mənim sevgimdir" 2005-ci ildə "Fridanın qanadları" 2005-ci ildə "Əminin xəyalı" Fyodor Dostoyevski "13" teatrı
Dramatik Sənətlər Milli Dövlət Konservatoriyası 2006-cı ildə "Ehtiyatsızlıq" İvan Turgenev 2007-ci ildə "Şahzadə Turandot" Karlo Qoççi 2008-ci ildə "Kor" Moris Meterlink 2008-ci ildə "Fridanın qanadları" Emil Səlimovun pyesi meksikalı rəssam Frida Kalonun əsərləri əsasında hazırlanmışdır 2008-ci ildə "Sehirbaz uzunboylu idi" Daniil Xarmsın əsərləri əsasında hazırlanmış Emil Səlimovun pyesi Digər teatrlar 2009-cu ildə "Kor" Moris Meterlink Dramatik Sənətlər Milli Dövlət Konservatoriyası 2010-cu ildə "Dekameron" Covanni Bokkaçço 2010-cu ildə "Kabare" Ssenari, dekorator və xoreoqrafiya Emil Səlimov 2011-ci ildə "Yarasa" İohann Ştrauss 2015-ci və 2016-cı ildə "Yunan kişi Yunan qadınıni axtarır" Fridrix Durrenmattın romanı əsasında, "20" teatrıUne fantaisie débridée // Jean-Luc Jeener, Figaroscope, 25 novembre au 1 décembre 2015 2016-cı ildə "Hər zaman başına məqsəd qoymaq lazımdır" Emil Səlimov, "Klavel" teatrı
Mükafatları 1983-cü ildə Astrid Lindqrenin "Uzuncorab Peppi" adlı uşaqlar üçün hazırlanmış tamaşaya görə Rusiya Pedaqoji Elmlər Akademiyasının Fəxri Sertifikatı; 1984-cü ildə "Dəfinələr adası" Robert Lyuis Stevenson tamaşasına görə mükafat; 1985-ci ildə "Qodonu gözləyərkən" Semyuel Bekket pyesine görə Semyuel Bekket İnstitutu mükafatı; 1986-cı ildə Eduardo de Filipponun "Silindr" tamaşasına görə Gürcüstan Mədəniyyət Nazirliyinin Kutaisi şəhərinin fəxri sertifikatları; 1994-cü ildə "Sehirbaz uzunboylu idi" Daniil Xarmsın əsərləri əsasında hazırlanmış Emil Səlimovun pyesinə görə Fransa Mədəniyyət Nazirliyinin mükafatı və pul subsidiyası; 2002-ci ildə Frans Kafkanın "Proses" Fransa Mədəniyyət Nazirliyinin Ən yaxşı teatr layihəsi mükafatı;
İstinadlar
Kateqoriya:Fransa azərbaycanlıları Kateqoriya:Bakıda doğulanlar