Mirzə Məhəmməd Tağı () və ya Sarı Tağı () () — Səfəvilər dövründə xədim, öldürülənə qədər Səfəvi şahı I Səfinin (1629-1642) və onun oğlu II Abbasın (1642–1666) vəziri. Sarı Tağı erkən yaşlarında xədim işləməsi üçün yox, I Abbasın dövründə bir kişiyə təcavüz etməkdə günahlandırıldığı üçün axtalanmışdı. Ancaq daha sonra onun günahsız olduğu ortaya çıxmışdı.
Həyatı
Erkən dövr Sarı Tağı təqribən 1579-cu ildə Təbrizdə kasıb, orta səviyyəli müsəlman ailəsində anadan olub. Onun ailəsi əmisi Xacə Qasım Əlinin ölümündən sonra biabırçı vəziyyətə düşüb. Sarı Tağı gənclik dövründə İsfahan şəhərində orduda xidmət edib, daha sonra isə Ərdəbil hakimi Zülfüqar xan Qaramanlının maliyyə naziri olaraq xidmət edib. O, eyni vəzifəni Qarabağ bəylərbəyliyinin mərkəzi Gəncədə and Şirvan bəylərbəyliyində icra etdikdən sonra Qarabağ bəylərbəyinin vəziri təyin edilib. Sarı Tağı 1615-ci ildə Mömin adlı dəri ustası tərəfindən ona təcavüz etməkdə günahlandırıldığı üçün I Abbasın əmri ilə axtalanıb və mülkü əlindən alınıb. İttihamın yalan olduğu ortaya çıxandan sonra I Abbas Sarı Tağının mülkünü geri qaytarıb.
Bir il sonra Sarı Tağı Mazandaranın hakimi və bundan bir il sonra Gilanın hakimi təyin edildi. Onun hakimiyyəti dövründə bir çox bina və şəhərlərin, o cümlədən Fərahabad və Behşəhrin əsası qoyuldu. 1629-cu ildə Sarı Tağı ilə arası yaxşı olan I Səfi hakimiyyətə gəldi. Həmin il Gilan və Mazandaranda Qərib şahın başçılığı ilə edilən üsyan Sarı Tağının daxil olduğu bir qrup hakim tərəfindən yatırıldı.
1631-ci ildə Sarı Tağı şiə türbələrinin abadlaşdırılması üçün Bağdada göndərilir. O, iki il sonra Mirzə Talıb xanı təhqir edir və onu öldürür. Sarı Tağının Mirzə Talıb xanı öldürməsinə səbəb onun Ordubadilərə qarşı olan nifrəti idi; Hatəm bəy Ordubadi Sarı Tağının atasının istədiyi vəzifəni ona verməmişdi. Sarı Tağı Mirzə Talıb xanın İsfahandakı evini də ələ keçirir.
Həmçinin bax Sarı Tağı məscidi İstinadlar
Ədəbiyyat
Kateqoriya:1579-cu ildə doğulanlar Kateqoriya:1645-ci ildə vəfat edənlər Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:Səfəvi vəzirləri Kateqoriya:11 oktyabrda vəfat edənlər Kateqoriya:Səfəvi dövlətinin baş vəzirləri Kateqoriya:Səfəvi bəylərbəyləri Kateqoriya:Səfəvi sərkərdələri