Samner Peyn (; ) — Birləşmiş Ştatları təmsil edən güllə atıcısı. 1896 Afina Olimpiadasında bir qızıl və bir gümüş medal qazanıb.
Həyatı Samner Peyn 1868-ci ilin 13 may günündə anadan olub. 1904-cü ilin 18 aprel tarixində isə ömrünün 35-ci yaşında vəfat edib.
Afina Olimpiadası Samner Peyn 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 50 metr məsafəyə tapançadan atəşaçma yarışlarında mübarizə aparan Peyn 442 xal topladı və I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Samner Peyn Afina Olimpiadasında həm də 25 metr məsafəyə hərbi tapançadan atəşaçma yarışlarında qüvvəsini sınadı. Bu yarışda Peyn 380 xal topladı və qızıl medal qazanan doğma qardaşı Con Peyndən sonra 2-ci yeri tutdu.
İstinadlar
Kateqoriya:1896 Yay Olimpiya Oyunlarında atıcılar Kateqoriya:1896 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya gümüş medalına sahib ABŞ idmançıları Kateqoriya:Olimpiya qızıl medalına sahib ABŞ idmançıları Kateqoriya:1896 Yay Olimpiya Oyunları çempionları