Həmid Abbas (10 oktyabr 1935, Qazax – 19 noyabr 1999) — şair, jurnalist, tərcüməçi, əməkdar incəsənət xadimi(1991), Azərbaycan KP MK-da məsul işçi (1970-1981), Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri (1981-1999), Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Həyatı Həmid Məmmədəli oğlu Abbasov 10 oktyabr 1935-ci ildə Qazax rayonunda anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya Fakültəsindən məzun olub. Həmid Abbas 19 noyabr 1999-cu ildə Bakı şəhərində vəfat etmişdir.
Ədəbi fəaliyyəti Əmək fəaliyyətinə 1960-cı ildə tərcüməçilik edərək başlasa da səyyar müxbirlik, redaktorluk kimi vəzifələrdə də çalışmışdır.Prof. Dr. Sedat Adıgüzel. Azerbaycan Edebiyatı İsimler Sözlüğü.2012.AZEIS İlk əsəri, ,,Dilican’’ adlı şeiridir (1957). Ayrıca ,,Gəncliyin səsi’’ adlı ədəbi külliyətində ve dönəm mətbuatlarında şeirləri yayımlanmışdır. ,,Tarla qızları’’ adlı ilk şeir kitabı Abbas Həmid təxəllüsü ilə nəşr edildi. 1978-ci ildə Ali Partiya Məktəbini bitirmişdir. 1969-cu ildə Azərbaycan Jurnalistlər Birliyinə, 1983-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv oldu.
Əsərləri Tarla qızları, Bakı, 1979. Ömrün elə çağıdır ki, Bakı, 1983. Ürəyə toxunma, Bakı, 1985. Günahım olsa, Bakı, 1989. Dinlədi nəğməmi sirdaşım mənim, Bakı, 1992. Nər igidlər, alov saçın, Bakı, 1992. Şuşa Həsrəti, Türk həqiqəti, Bakı, 1993. Dostluq şarjları, Bakı, 1994. Gözüm səni axtarır, Bakı, 1995.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Ağstafa rayonunda doğulanlar Kateqoriya:Əlifba sırasına görə yazıçı və şairlər Kateqoriya:Şair qaralamaları Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunları