"Priazovski kray" qəzetinin redaksiya binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovoy küçəsi, ev 18/31 ünvanında yerləşən bina. Bina sovet hakimiyyəti qurulana qədər Priazovski qəzetinin redaksiya binası olmuşdur. Priazovski kray qəzetinin redaksiya binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir.
Tarixi Priazovski kray qəzetinin redaksiya binası 1880-ci illərdə inşa edilmişdir. 1890-cı illərdə binada Priazovski kray qəzetinin redaksiyası yerləşirdi. Sovet hakimiyyəti qurulduqdan sonra bütün binalar kimi bu bina da milliləşdirilmişdir. 2000-ci illərdə bina Rostov Administrasiyasının balansında olsa da faktiki olaraq istifadəsiz olmuşdur.
Memarlığı Priazovski kray qəzetinin redaksiya binası Bolşoy Sadovoy küçəsinin küncündə, Bratski küçəsi ilə kəsişmədə yerləşir. Bina bir tərəfli dəhliz sisteminə malikdir. Bina iki mərtəbədən ibarətdir. Dam örtüyü minimalizmi ilə seçilir. Binanın fasad hissəsi klassizm stilinə sahibdir. Onun fasadında əsas fərqləndirici element pəncərələridir. İkinci mərtəbədə yerləşən pəncərələr üçbucaq arkaya sahibdir. Eyvanlarında metal məhəccərlər vardır. Fasadında dekorativ işləmələr mövcuddur.
Memorial lövhə Binabın fasadında iki memorial lövhə quraşdırılmışdır. 1968-ci ildə bura vurulmuş lövhədə yazılır:
1978-ci ildə binanın fasadına vurulan ikinci memorial lövhədə yazılır:
Mənbə "Приазовский край": история одной газеты
İstinadlar
Kateqoriya:Rostov-na-Donu tikililəri Kateqoriya:Rostov-na-Donunun görməli yerləri