Nanitamo Conatan İkone () — Liqa 1 təmsilçilərindən olan Lill klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusu.

Klub karyerası

Pari Sen-Jermen İkone öz peşəkar karyerasında debütünü Pari Sen-Jermen klubu ilə 28 sentyabr 2016-cı ildə etmişdir. O, UEFA Çempionlar Liqasında Ludoqorets klubu ilə qarşılaşmada 88-ci dəqiqədə Anxel Di Mariyanı əvəz etmişdir. Həmin görüşdə Pari-Sen Jermen Ludoqoretsə səfərdə 3-1 hesabı ilə qalib gəlmişdir. İkone Liqa 1-də debütünü isə 3 gün sonra Bordo klubuna qarşı oyunda etmişdir. Bu dəfə də o, 88-ci dəqiqədə Anxel Di Mariyanı əvəz etmişdir. Klubu isə evdə 2-0 hesabı ilə qələbə qazanmışdır.

Monpelye (icarə) 18 yanvar 2017-ci ildə İkone icarə əsasında Liqa 1 təmsilçilərindən olan Monpelye klubu ilə mövsüm sonuna qədər müqavilə imzalamışdır. O, klubu ilə debütünü 3 gün sonra Metz klubuna qarşı oyunda etmiş və 90 dəqiqə meydanda mübarizə aparmışdır.

Lill 1 iyul 2018-ci ildə İkone Liqa 1 təmsilçilərindən olan Lill klubu ilə beş illik müqavilə imzalamışdır.

Milli karyerası İkone Fransada anadan olmuşdur. Valideynləri isə Konqo vətəndaşlarıdır. İkone hal-hazırda Fransanın gənclər yığmasında çıxış edir.

Karyera statistikası

Klub

KlubMövsümLiqaKubokLiqa KubokuAvropaDigərÜmumiOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolPari Sen-Jermen2016–17400020100070Monpelye (icarə)2016–17141————1412017–181812130——232Ümumi32221300000373Ümumi karyera36221501000443

Uğurları

Klub Pari Sen-Jermen Fransa Superkuboku: 2016

Ölkə Fransa UEFA Avropa U-17 Çempionatı: 2015

Fərdi UEFA Avropa U-17 Çempionatı: 2015: Turnirin Komandası

İstinadlar

Xarici keçidlər France profile PSG profile

Kateqoriya:Fransa futbolçuları Kateqoriya:Pari Sen-Jermen FK futbolçuları Kateqoriya:Lill FK futbolçuları Kateqoriya:Konqo Demokratik Respublikası əsilli Fransa idmançıları Kateqoriya:Fransa U-20 milli futbol komandasının futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Legioner Fransa futbolçuları Kateqoriya:Fiorentina FK futbolçuları Kateqoriya:Komo FK futbolçuları Kateqoriya:Fransa milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Fransa U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Fransa U-19 milli futbol komandasının futbolçuları Kateqoriya:İtaliyada legioner Fransa idmançıları Kateqoriya:Qaradərili Fransa idmançıları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri