Mahmudcuq — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ərtik rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 7 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Mahmudkənd kimiİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.124 qeyd edilmişdir.

Toponimi Toponim Mahmud şəxs adına kiçiltmə mənası verən -cuq şəkilçisinin qoşulmasından əmələ gəlib "Kiçik Mahmud kəndi" mənası bildirir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir. 1940-cı ildə kənd ermənicə Pemzaşen adlandırılmşdır.

Əhalisi 1828–1832-ci illərdə əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir.

İstinadlar

Kateqoriya:Şörəyel kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri Kateqoriya:Ermənistan şəhərləri