Firuddin Məmmədov (Məmmədov Firuddin İbrahim oğlu; ) — texnika elmləri doktoru (1993), professor (1995), AMEA-nın müxbir üzvü (2001). Həyatı Firuddin Məmmədov 1 iyul 1936-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsini, sonra "Neftkimyaavtomatika" Elmi-Tədqiqat Layihə İnstitutunun (Sumqayıt) aspiranturasını bitirmişdir. O, 1958-1968-ci illərdə "Neftkimyaavtomatika" ETLİ-də laborant, texnik, mühəndis, baş mü­həndis, baş elmi işçi kimi çalışmışdır. 1968-1993-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında baş müəllim, dosent, dekan, kafedra müdiri vəzifələrini icra etmişdir. 1993-cü ildən isə Sumqayıt Dövlət Universitetinin kafedra müdiri olmuşdur.

Firuddin Məmmədovun elmi tədqiqatlarını əsasən informatikanın texniki vasi­tələ­ri­nin yaradılmasına həsr etmişdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini müxtəlif texnoloji proseslərdə məlumat-ölçmə sistemləri, çoxölçülü vericilərin öyrənilməsi təşkil etmişdir. Alim elektromaqnit tipli vericilərin nəzəri əsaslarını işləmiş­dir. İnformasiya nəzəriyyəsinə, idarəetmə sistemlərinin hesablama və məlumat-ölçü texnikasının ilkin vericilərinin nəzəriyyəsi, işlənilməsi və tətbiqinə, neftçıxarma dərinlik nasosları üçün elektromaqnit vericilərlə işləyən tezlik teleölçü nəzəriyyəsinə dair tədqiqatlar aparmışdır.

Firuddin Məmmədov 1967-ci ildə tex­nika üzrə fəlsəfə doktoru, 1993-cü ildə isə tex­nika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. O, 1995-ci ildə pro­fessor elmi adını almış, 2001-ci ildə AMEA-nın müx­bir üzvi seçilmişdir. Onun rəhbərliyi ilə 1 elmlər dok­toru, 15 fəlsəfə doktoru hazırlanmışdır. Eyni zamanda 34 ixtiranın, 10-dək dərs vəsaiti və monoqrafiyanın, 254 elmi əsərin müəllifidir.

Ölümü Firuddin Məmmədov 8 iyun 2017-ci ildə vəfat etmişdir.

Mükafatları 2006-cı ildə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olun­muş­dur. 2007-ci ildə "Azərbaycan Respublikasının Əməkdar elm xadimidir" fəxri adına layiq görülmüşdür.

Elmi əsərləri 1. К исследованию индуктивных преобразователей угловых перемещений со сплошным магнитопроводом с распределенными параметрами. Мамедов Ф.И., Набиев М.А. Электричество, 1982

2. Исследование канала связи информационно-измерительной системы управления телединамометрирования. М. Приборы и системы управления. 1995. №2, Алиев Т.М., Мамедов Ф.И., Дадашева Р.Б.

3. Новый принцип создания датчиков механических величин. Ф.И.Мамедов, Р.Б.Дадашева. Азербайджанское нефтяное хозяйство. Баку, №10, 2001

4. Аналитическое определение параметров индуктивного датчика линейных и угловых перемещений. Электротехника, Москва, 2002, №11, стр.53-58

İstinadlar

Kateqoriya:AMEA-nın müxbir üzvləri Kateqoriya:Şahtaxtıda doğulanlar