Ankerit — karbonatlar qrupuna aid mineral. Avstriya mineraloqu M. Ankerin (1771–1843) şərəfinə adlandırılmışdır. Tərkibi dolomit kimi ikiqat duz tiplidir – Ca(Fe2+,Mg)[CO3]2. Sinqoniyası triqonaldır. Kristalları romboedrik, aqreqatları, əsasən, dənəlidir. Rəngi ağ, boz sarımtıl, qonurudur. Şüşə parıltısı var. Sərtliyi – 3,5–4, sıxlığı – 2930–3100 kq/m³. Maqnezium və dəmirlə zəngin süxurlara hidrotermal məhlulların təsirindən əmələ gəlir. Aşınma nəticəsində qonuru rəng aldığı üçün ankeritə qonur şpat da deyilir. Kimya və tikinti sənayesində işlədilir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Karbonatlar (minerallar) Kateqoriya:Kalsiumun mineralları Kateqoriya:Maqneziumun mineralları Kateqoriya:Dəmirin (II) mineralları Kateqoriya:Manqanın (II) mineralları Kateqoriya:Lüminessensiya mineralları Kateqoriya:Triqonal sinqoniya mineralları Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış minerallar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri