() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükə həddinə yaxın olanlar"a aiddir. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Gövdəsi 50-70 sm hündürlükdədir. Yarpaqları noxudvari və ya mişardişlidir, 5-8 sm uzunluqda, 2-4 sm enindədir. Aşağı yarpaqları yumurtavari və küt, digərləri oturaqdır. Çiçəkqrupu sünbülvari, topaşəkilli göy-bənövşəyi çiçəklərdən ibarətdir. Kasacığı çılpaq, ensiz tərs -konus formalı,şırımlıdır. Tacı dərin kəsilmiş, xətti, aşağı əyilən dilimlidir. Sütuncuğu 3 erkəkciklidir. Qutucuğu uzunsov, yuxarı hissəsində xırda grcüklərə açılandır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə iyul-avqust, meyvəvermə iyul-senytabr aylarına təsadüf edir. Subalp və yuxarı meşə qurşağının dağ çəmənlərində, meşələrdə və tarlalarda rast gəlinir.

Yayılması Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri, Kiçik Qafqazın şimal və mərkəzi hissələr, Naxçıvanın dağlıq hissəsidir.

Sayı və tendensiyası Populyasiyasının təbii bərpasında mənfi təsirlərin dəyişilməsindən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyillidir. 

Məhdudlaşdırıcı amillər Antropogen amillər, otarılma, tapdalanma və iqlim amillərinə həssaslıqdır.

Mühafizə tədbirləri Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması tələb olunur. 

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax