106 nömrəli avtobusda partlayış qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Oleq Namazov tərəfindən 2004-cü ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film 1984-cü ildə Bakıda 106 saylı avtobusun partladılması terror hadisəsi haqqındadır.

Məzmun Film 1984-cü ildə Bakıda 106 saylı avtobusun partladılması terror hadisəsi haqqındadır.

Terror hadisəsi nəticəsində iki uşaq anası olan bir qadın həlak olmuş, daha bir neçə nəfər yaralanmışdı. Bu cinayəti törətmiş terrorçunun şəxsiyyəti müəyyən edilmiş, onun Vartanov soyadlı erməni olması sübuta yetirilmişdir.Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev BMT Baş Məclisinə və Təhlükəsizlik Şurasına məktub göndərmişdir

Filmin üzərində işləyənlər Ssenarist: Müsəllim Həsənov Rejissor: Oleq Namazov Operator: Sərvər Rəşidoğlu, Vüqar Vaqifoğlu, Sahib Səfərov Prodüser: Elman Dadaşoğlu

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2004-cü ilin Azərbaycan filmləri 2000-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:2004-cü ilin filmləri Kateqoriya:2004-cü ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər