Kama (, ) — Rusiyanın Avropa hissəsindən axan çay. Volqa çayının sol və böyük qolu.
Hazırda Kamanın uzunluğu 1805 km təşkil edir. Bununla belə Kuybışev su anbarının tikintisi ilə onun uzunluğu 2030 kilometrə çatmasına səbəb olmuşdur. Çay ümumilikdə 74 718 qol qəbul edir. Onun hövzəsinin sahəsi 521 000 km² təşkil edir.
Adı Çayın adı uqro-fin dillərindən əmələ gəlməsi ehtimal edilir. Müasir formasına gəldikdə Udmurt dilində sözü «çay, böyük çau»Фасмер М. Этимологический словарь русского языка. Т. II. С. 172. anlamı daşıyır. Fərziyəyə görə "Komi" etnomini Kama çayını adından törəmişdirВладимир Владимирович Напольских К начальным этапам этнической истории коми .
Coğrafiya thumb|Kamanın hövzəsi|left Çay öz başlanğıcını Udmurtiyanın Kezki rayonu, Kuliqa kəndi yaxınlığından götürür. Mənbəyi Vernekams yüksəkliyidir. Yuxarı axarlarda axarı sabit olmayaraq lillidir. Ən böyük Qolu Ağidel çayıdır. Çay 400–1200 m arası enə malik yatağa sahibdir. Çay Kuybışev su anbarında reyləşən Kama körfəzinə tökülür.
Qolları Kamaya ümumilikdə 73 718 çay tökülür. Bunun 94,5 % 10 kimoletrdən çox axara sahib deyildir. Əsas sol qolları: Cənubi Keltma, Vişera, Çusovaya, Belaya, İk, Zay, Şeşma, Menzelya; sol qolları: Kosa, Obva, Vyatka, İj, Toyma, Myoma.
Qolların siyahısı
İdman Kama çayında Perm vilayətində Yelkənli qayıqların yarışı keçirilir - Kama kuboku
Gəmiçilik Kama nəhəng naviqasiya sisteminə malikdir. Su anbarlarının inşası onun imkanlarını artırmışdır. Kama Kerçevski qəsəbəsinə qədər gəmiçilik üçün yararlıdır. Əsas limanları: Solikamsk, Berezniki, Lyovşina, Perm, Krasnokamsk, Çaykovski, Sarapul, Kambara, Naberejneye Çelnı, Nijnekamsk, Çistopol. Permdən Moskva, Nijne Novqorod, Həştərxan və Ufaya reyslər təşkil edilir.
Təbiəti Çayda çökə, nərə, çapaq, karp, naqqa, xanı, adi durnabalığı və s balıqlar yayılmışdır.
Qalereya
Bəndlər və su anbarları Kama üzərində bir neçə yerdə bənd mövcuddur:
Permdə, Kama su anbarını meydana gətirən bənd Kama Su Elektrik Stansiyasının yanında; Çaykovskidə, Votkinsk su anbarını təşkil edən bənd Votkinsk Su Elektrik Stansiyasının yanında; Naberejnıye Çelnıda, Nijnekamsk Su Elektrik Stansiyasının yanındakı bənd, Nijnekamsk su anbarını əmələ gətirir. İstinadlar
Kateqoriya:Tatarıstan çayları Kateqoriya:Başqırdıstan çayları Kateqoriya:Volqanın qolları