Mixail Levandovski () () — Sovet hərbi rəhbəri, 2-ci dərəcəli komandir (1935).
Həyatı Mixail Karloviç Levandovski 27 aprel 1920-ci ildə Azərbaycanın işğalını həyata keçirən XI qırmızı ordunun komandiri.
1938-ci ildə sovet hərbçilərinin bayram günündə — 23 fevralda həbs olunub. Ağır işgəncələrdən sonra özünü antisovet, hərbi-faşist və trotskist sui-qəsddə iştirak etdiyini etiraf edib. Həmin il iyulun 29-da güllələnib.
XI ordu komandiri Levandovskiyə Nəriman Nərimanov brilyantlarla bəzədilmiş və üzərində "minnətdar Azərbaycan xalqından hədiyyə" yazılmış qılınc bağışlamışdır.
Repressiya 23 fevral 1938-ci ildə həbs edildi. Qırmızı Orduda anti-sovet, Trotskiist və faşist hərbi sui-qəsdində iştirak etməkdə günahını etiraf etdi. 29 iyul 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən edam cəzasına məhkum edildi. Elə həmin gün Moskvada edam edildi. Dəfn yeri Kommunarka şəhəridir.
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 28 aprel 1956-cı il tarixli qərarı ilə bəraət qazandı.
Mükafatları "Lenin" ordeni (22.03.1936) "Qırmızı Bayraq" ordeni (19.10.1920) Azərbaycan SSR "Qırmızı bayraq" ordeni (may 1921) Tacikistan SSR "Qırmızı bayraq" ordeni (sentyabr 1930)
İstinadlar
Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Bolşeviklər Kateqoriya:SSRİ-də edam olunanlar Kateqoriya:Gəncə üsyanının yatırılmasında iştirak edənlər Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Birinci Dünya müharibəsində Rusiya hərbçiləri Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin I çağırış deputatları Kateqoriya:SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:Zaqafqaziya hərbi dairəsinin komandanları Kateqoriya:Repressiyaya uğramış hərbi xadimlər Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar